Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bütün bunlar Qarabağda müharibənin başlanacağına işarədir"
Tarix: 21-09-2018 | Saat: 09:06
Bölmə:M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər

Ermənistanın Baş naziri Nikol Paşinyan hərəkətləri və verdiyi bəyanatları ilə faktiki olaraq müharibəyə çağırışlarla çıxış edir. Onun bütün addımları Dağlıq Qarabağda müharibənin başlanacağına bir işarədir.

Bu barədə  açıqlamasında tanınmış politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət SadıxovAzərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış ən son vəziyyəti şərh edərkən bildirib.


  Politoloq qeyd edib ki, hazırda reallıq ondan ibarətdir ki, Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın yeni rəhbərliyi təxribatlar və siyasi xuliqanlıqla məşğul olur: "O, özünü demokrat kimi qələmə verməyə çalışır. Amma Paşinyanın bütün bəyanatları, addımları ona işarə edir ki, bu insanın, sadəcə olaraq, nə siyasi təcrübəsi var, nə də daxili və xarici siyasətdən başı çıxır. Üstəgəl, onun özünü təxribatçı kimi aparması... Bəzən elə təəssürat yaranır ki, onun psixi durumu yoxlanılmalıdır, çünki özünü normal, adekvat kimi aparmır. Məncə, bu insan mütləq tibbi müayinədən keçməli, həkimlər, mütəxəssislər onun psixi durumuna ciddi diqqət yetirməlidirlər. Ona görə ki, görünür, bu insan bəzi məqamları, sadəcə, dərk edə bilmir.


Azərbaycan Prezidenti İlham Əliyev də Biləsuvarda olarkən çox düzgün qeyd elədi ki, əgər Ermənistan 2016-cı ilin hadisələrindən heç bir nəticə çıxarmayıbsa, onda məsuliyyət tamamilə erməni tərəfinin boynuna düşür. Dövlət başçısı bu yaxınlarda qoşunların təmas xəttində Azərbaycan Ordusunun erməni tərəfinə verdiyi cavabları xatırladaraq xüsusi vurğuladı ki, onların yaddaşından hələ uzun müddət çıxmayacaq. 


Onun fikrimcə, Azərbaycan Dağlıq Qarabağ məsələsində həm hücumedici diplomatik addımlar atmalı, həm də bir sıra hallarda ermənilərin qoşunların təmas xəttindəki açıq şəkildəki təxribatlarına güclü hərbi potensialımızdan istifadə edərək sarsıdıcı zərbələr endirməlidir: "Mənə belə gəlir ki, onlar bəlkə də bu cür dili daha yaxşı başa düşürlər, nəinki sivil formada olan danışığı.


Çünki hazırda Ermənistanın, Baş nazir Nikol Paşinyanın birmənalı şəkildə sülh danışıqlarından yayınması müşahidə olunur. Onun həyat yoldaşı Azərbaycan tərəfinə müraciət edir ki, qadınlar bu müharibəyə son qoysun. Paşinyanın özü isə faktiki olaraq müharibəyə çağırışlarla çıxış edir. Onun bütün addımları müharibənin başlanacağına işarə edir".

F.Sadıxov hesab edir ki, Azərbaycan XİN çox düzgün olaraq bunu nəzərə alıb ATƏT-in Minsk qrupu həmsədrlərindən tələb edib ki, bu hərəkətlərə son qoyulsun: "Çünki Nikol Paşinyan qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək orada da təxribatlarla məşğul olur, gedib orada sarsaq, cəfəng bəyanatlar verir. Axı Azərbaycanın səbri tükənməz deyil. Təbii ki, bütün bunların qarşısı alınmalı və ona adekvat olaraq güclü cavab verilməlidir".


  Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında çıxış edərkən deyib ki, bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin: "Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi. Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik.



Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar. Biz isə bundan sonra da uğurla inkişaf edəcəyik. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi - bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır".


Xəbəri paylaş

1 6618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___