Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xərçəng xəstəliyinə mübtəla olmuş “vicdanlar”
Tarix: 19-09-2018 | Saat: 16:43
Bölmə:M / Karusel / Səhiyyə / Aktual | çapa göndər




Deyilənlərə görə bizim hörmətli və çox önəmli nazirlərimizdən olan Səhiyyə Nazirimiz Oqtay Şirəliyev futbol oyunlarını çox sevir. Burada təəccüblü nə var deyirsiniz? Haqlısınız. Amma, təəcüblü olanı mən deyim, siz halı olun və bilin ki, niyə sizlərin də, təəcüblənməməsi mümkün deyil.
Biz müharibə şəraitində yaşayan dövlətik ki, bunu hamımız bilirik və təkrarlamaq yersiz olar. Sadəcə onu demək istəyirik ki, bu gün Azərbaycan vətəndaşlarının hər bir ailəsində dünyaya gələn övlad bu millətin gələcəyidir. Gələcəyi qorumaq çox vacibdir.
 
Sizi danışıqlarla yorduğumu düşünəcəksiniz. Ona görə də birbaşa mətləbə keçmək istəyirəm.
Çox uzağa yox, üç illik səhiyyənin fəaliyyətinə ani bir diqqət yetirmənizi xahiş etsəm özünüz nə qədər həkim tamahının qurbanlarına çevrilmiş təkcə körpələrimizi göz önünə gətirməniz yetər. Bu söylədiklərimi kimsədən duyub, eşidib yazmıram. Birbaşa şahidi olduğum və gözüm önündə baş verənlərdir ki, insanın qanını dondurur.
Ötən ilin sonlarında vətəndaşın yeni doğulmuş körpəsi el arasında OMD adı ilə tanınan  K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatiriya Uşaq Xəstəlikləri İnstitutunda üç günlük “qonaq” oldu. Bu “qonaq”lıq müddətində vətəndaş nələrlə qarşılaşdı, mən deyim, siz də hali olun.
Ağır ürək qüsuru ilə doğulmuş körpə adı gedən xəstəxanaya qəbul edilir. Sonra xəstə sahiblərinə məlum olar ki, bu xəstəxanada ürək-damar xəstəlikləri ilə bağlı heç bir müalicə aparılmır. Tam əksinə. Belə ağır bir xəstəliyi olan körpəni digər yoluxucu xəstəlikləri olan körpələrlə bir yerdə saxlayırlar. Halbu ki, ən kiçik xəstəlik belə körpənin ölümünə səbəb ola bilər.
Eh! Məndə nə qoyub, nə axtarıram. Vətəndaşın açıqlamasına əssən bu üç gündə orada olduğu zaman gözlərim önündə altı körpənin meyidi valideynlərinin qucağına verilərək yola salınıb. Respublikanın Baş Pediatoru Nəsib Quliyev isə isti iş otağından, yumşaq kreslosundan qalxıb gəlmədi ki, görsün bu nə deməkdir. Üç günə altı körpə ölüsü sanki onun üçün yayın çırhacırında bədəninə daraşıb qanını soran ağcaqanadın ölüsü demək idi.
Təəcüblənməyin. Bu həqiqətən də belədir. Əgər belə olmasa idi müraciət sahibinin körpəsini başqa bir xəstəxanaya çatdırmaq üçün təcili tibbi yardım xidmətinin göndərilməsi üçün qapısına minnətçi düşüb xahiş etdirməyi özünə yaraşdırmazdı. Cavabında isə xəstənin yaxınlarına: – “Nə olsun təcilidi? Gözləyin də gələcək”. Ölmədi ki, bu saat” deməzdi...
Baş həkim adı almış və üstəlik  ölkənin baş pediatırı tituluna sahiblənmiş “hörmətli” ziyalımızın, xəstə uşağı olan valideyinə “ürəkdən yanan təsəllisi”belə oldu. 
Yuxarıda hörmətli nazirimizin futbol sevgisindən bəhs etmişdik. Bəs demədiniz söhbətiniz bir qədər uzandı, amma “futboldan” heç bəhs etmədiniz?
Səbr edin, aydınlıq gətirim. Hörmətli nazirimiz Oqtay Şirəliyev və onun ağ-xalatlı komandası futbolu özlərinin qanunları ilə oynayırlar. Ortaya atılan top isə çox təəssüf ki, əksər hallarda günahsız körpələrdir ki, hansı tibb ocağı daha güclü zərbə ilə xəstə körpəni, ya fərq etməz böyük olsun, “qapısından” güclü zərbə ilə geri qaytarar.
Siz elə bilməyin ki, bu hər xəstə üçün belə qəbul edilib. Qapısında “qol” görən xəstəxana səlahiyyətliləri başlayırlar öncə xəstənin  xarici və daxili “müayinədən” keçirməyə. Əgər xəstə sahiblərinin maddi durumu “ultra səs” müayinəsindən “sağlam” çıxarsa o xəstəni qəbul etməyə dəyər. Yox əksidirsə, nələrinə gərək “cərimə cəzası” ilə “cəzalandırsınlar”. Bütün bu komandanın “baş məşqiçisi cənab Oqtay Şirəliyev isə  bu qanundan kənarda qalan “oyuncularını”, yəni həqiqi həkim adına layiq olmağa çalışan “üsyankar” komandanı öz üsul-idarə qanunları ilə cəzalandırır.Mən bütün bu realıqları özüm yaşadığım üçün əminliklə söyləyə bilirəm.
Yuxarıda Respublikanın Baş Pediatoru Nəsib Quliyevin “dəyərli” xidmətindən bir epizodu diqqətinizə çatdırdıq. Heç kimə sirr deyil ki, bu gün respublikada dünyaya gələn uşaqların bəlkə də 80%-i çox ciddi xəstəliklərlə doğulurlar. Bu isə gələcəkdə ölkəmiz üçün sağlam nəsilin məhvidir. Bəs səhiyyə nazirliyi, respublikanın başpediatoru bundan zərrə qədər narahat olurlarmı görəsən?! Qətiyyən.
Haqqında bəhs etdiyim vətəndaş övladlarının müalicəsini davam etdirmək imkanına malik deyil. Bu səbəbdən də H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət etməli oldular. Müraciət baxılması üçün Səhiyyə Nazirliyinə göndərildi. Lakin nazirlik özünün qızıldan qiymətli vaxtını belə “lazımsız” məsələlərlə məşğul etməyi məsləhət bilmədi. Xəstə sahiblərini isə ötür-ötür oyunu ilə yenə də futbol topu kimi o küncdən bu küncə vurdular.
Bəlkə də siz məni qınayarsınız ki, yalnız öz gördüklərinə edilən haqsızlıq səbəbindən qələmimi itiləmişəm.
Bu heç də belə deyil. yaradıcılığımla yaxından maraqlanan olsa bilər ki, biz vaxtaşırı Səhiyyə Nazirliyinin bu və ya başqa obyeklərinin işlərindəki nöqsanlarından  tənqidlər etmişik. Di gəl ki, heç bir nəticə yoxdur. Rəhmətlik “Mirzə Cəlil böyük Sabirə söylədiyi kimi: – “Mirzə nə qədər deyirik, nə qədər yazırıq bu dünya düzəlmir ki, düzəlmir”.
Allah sizlərə rəhmət eləsin ey aqil insanlar! Hə! Gəlin mətləbdən uzaq düşməyək. Bayaqdan bəri ölkədə səhiyyənin uğursuz xidmətlərindən söhbət edirəmsə onu da qeyd etmək yerinə düşər ki, respublikada uşaq kardio cərrahiyyəsi M.Topçubaşov adına xəstəxanada həyata keçirilir. İnsafla desək xəstəxananın kardologiya bölməsi işini vicdanla yerinə yetirir. Lakin, onlar üçün də şərait yaradılmır ki, heç olmazsa özlərinin etmədiklərini onlar etsinlər. Xalqın körpə balalarına nicat versinlər.
Xəstəxanada qeydiyyatda olan və əməliyyata alınacaq körpələr avadanlıq və çarpayı çatışmamazlığından əməliyyat oluna bilmirlər. Məgər səhiyyə nazirinin bu acı həqiqədən xəbəri yoxdur? Çox yaxşı məlumatlıdır.
Səhiyyənin elektron xidmətinə gəlincə bu sahə də digərləri kimi acınacaqlı vəziyyətdədir. Əhalinin gözündən pərdə asmaq üçün yaradılmış xidmətin əməkdaşları qəbula gələn vətəndaşla sanki müttəhim kimi rəftar edir, göstərdiyi xidməti, sədəqə hesab edir. Bununla da kifayətlənməyib jurnalist araşdırmasına belə müdaxilə etməkdən çəkinmirlər. Özünün vəzifə səlahiyyətinin nədən ibarət olduğunu bilməyən operator xanımlar vətəndaşdan incidildiyi barədə məlumat aldığına görə jurnalistə vəzifəsindən sui-istifadə etdiyinə görə hədə qorxudan belə çəkinmirlər.
İnsan düşünür ki, işləyən hər bir insanın səhvi var. Bunu təbii qəbul etmək gərəkdir. Lakin,  elə işlər vardır ki, orada edilən səhvlərin düzəlişi mümkün deyil. Tibb sahəsində olduğu kimi, Bizim tibbimiz isə nəinki səhv, günah dolu dəryada üzməkdən zövq alır. O dərya ki, suyu günahsız körpələrin qanı ilə, hamilə qadınların ölümü ilə imkansız xəstənin ahı-naləsi ilə dolub daşır.
Səhiyyə bu cirkabını örtmək üçün nə qədər ağ xalata bürünməyə çalışsa da bir həqiqəti dərk edə bilmir ki, ağ  rəng ləkələri daha qabarıq üzə çıxardır.
Xüsusən də günahsız, məsum körpələrin göz görə-görə axıdılan qanları. Nəsib Quliyevin nə titulu, nə vəzifəsi onun üzərinə çökən bu qan ləkələrini yuya bilməz. Bəs özü necə gözlərin yumub rahat yata bilirmi?
Hər gecə talelərinə barmaqarası baxdığı körpələrin günahsız ruhları rahatlığını əlindən almır? Düşünürəm ki, əcəba, belələri Azərbaycanlı deyilmi?
Əgər bu xalqın övladıdırlarsa bir özlərini əllərinin altında olan avadanlıqlarından dəqiq müayinə edib, vicdanlarına yoluxmuş “xərcəng” xəstəliyindən xilas olsunlar.
Tərifə Şükürqızı











 


Xəbəri paylaş

8128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___