"SAZ AŞİQİ” Aşıq Şəmşir -125
Tarix: 14-09-2018 | Saat: 20:26
Bölmə:M / Karusel / Gündəm / Fotogalereya | çapa göndər
Yasamal rayon Heydər Əliyev Mərkəzində AşıqŞəmşirin anadan olmasının 125 illiyinə həsrolunmuş tədbir keçirildiSentyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan aşıq sənətinin böyük nümayəndəsi Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş “Saz aşıqı” adlı tədbir keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, Tədbiri giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova açdı. O, çıxışında qeyd etdi ki, tədbirin Yasamal rayonunda yerləşdiyi Heydər Əliyev Mərkəzində keçirilməsi Aşıq Şəmşirin xatirəsininbir daha əbədiləşdirilməsidir. T.Muradova son aylar Yasamal rayonunda böyük quruculuq işlərinin aparılması, rayonun günü-gündən abadlaşdırması haqqında tədbir iştirakçılarına məlumat verdi.
Sonra söz Yasamal rayon MKS-inin direktoru, “İnformasiya hamı üçün” YUNESKO ProqramınınAzərbaycan Komitəsinin sədri Lətifə Məmmədovaya verildi. Bütün qonaqları salamlayaraq o, Dədə Şəmşirin doğma Kəlbəcərindən, yazdığı əsərlərdən, gözəl ifalarından söhbət açdı və qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədi ilə Aşıq Şəmşirə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Aşıq Şəmşir Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov məlumat verdi ki, İctimai birlik tərəfindən 800 layihə həyata keçirilib. Aşıq Şəmşirin 125 illik yubileyinin YUNESKO-da qeyd olunması barədə məlumat verdi. O, qeyd etdi ki, aşıq sənətinin dünyanın qeyri maddi-mədəni irs siyahısına salınmasında Birinci vitse-prezidentin Mehriban Əliyevanın böyük xidmətləri var. Daha sonra o, aşığın böyüyüb boya-başa çatdığı kənddən söhbət açaraq, tədbir iştirakçılarına maraqlı məlumatlar verdi. Və yaxın vaxtlarda Səbail rayonunda Aşıq Şəmşirin ev-muzeyininaçılacağını bildirdi.
Azərbaycan Milli Konservatoriyasının tələbəsi,Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun canlı ifasında Müslüm Maqomayevin“Azərbaycan” mahnısı səsləndi.
Tədbirdə Aşıq Ədalət Dəlidağlının ifasında “Ruhani” və “Orta sarıtel”, aşıq Əli Pənahoğlunun ifasında isə “Ağır şərili” havaları səsləndirildi.
Suraxanı rayon 84 №-li məktəbin şagirdi Sadıq Nəbili şeir söylədi.
Tədbir iştirakçılarına Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş 2 videoçarx nümayiş etdirildi. Videoçarxlarla https://youtu.be/dGWBtxNsffE
https://www.youtube.com/watch?v=klyvomvmvHM&t=68slinklərində tanış olmaq olar.
Tədbirə dəvət olunanlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin muzeyini ziyarət etdilər.
Yasamal rayon MKS-inin direktoru,
YUNESKO-nun “İnformasiya hamı üçün”
Proqramının Azərbaycan Komitəsinin sədri
Lətifə Məmmədova
Xəbəri paylaş
9788 dəfə oxunub.
Digər xəbərlər

29-05-2017, 13:40
Bakıda olay: avtobusun açıq qapısından yıxılıb öldü
14-06-2022, 11:30
Azərbaycanda 11 il sonra doğulan evin tək uşağı faciəvi şəkildə öldü - ANBAAN VİDEO
8-12-2015, 10:08
Leyla Əliyeva Fransa prezidenti ilə bir arada
18-05-2022, 10:04
“Dövlət vəsait ayırır, vətəndaşlar ərazi istismar idarəsinə pul ödəyir, amma...” - Mənzil Kommunal Təsərrüfatı Departamentindən şikayət- FOTOLAR
24-05-2016, 23:49
Rihanna Türkiyədə Messi ilə futbol oynayacaq
24-06-2015, 23:19
Bakıda polis sürücüyə sillə vurdu - Özünü doğradı - Video
13-10-2016, 13:41
"Əlim sürüşdü, qızın arxasına dəydi "- küçənin ortasında təcavüz
20-11-2021, 12:42
Qazaxın icra başçısının və oğlunun gözdeşən korrupsiyası - Yarım milyonluq maşın hansı pulla alınıb?
6-07-2015, 17:30
ABŞ Saakaşvilinin yeni komandasına maaş verəcək
5-10-2017, 09:44
Mikayıl Cabbarov müəllimləri təbrik etdi