Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ermənistanın AŞ PA-dakı nümayəndələrinin Paşinyanın dediklərini təkrarlaması gülünc vəziyyət yaradır"
Tarix: 14-09-2018 | Saat: 19:59
Bölmə:M / Karusel / Siyasət / Həftə-Reytinq | çapa göndər


Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) mövcud nümayəndə heyətinin üzvlərinin baş nazir Nikol Paşinyanın dediklərini təkrarlaması gülünc vəziyyət yaradır.
"Xəbəraz.az "Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin tərkibi dəyişir, çünki əsas heyət əvvəlki hakimiyyətin dövründə formalaşdırılıb: "Həmin deputatlar da çalışırlar ki, hansısa formada ölkənin rəhbəri Nikol Paşinyanın müəyyən edəcəyi tərkibdə təmsil olunsunlar. Ona görə də Paşinyanın Dağlıq Qarabağla bağlı demək istədiyi və dediyi sözləri təkrar edirlər. Bu da gülünc bir vəziyyətə gətirib çıxarır".
S.Seyidov bildirib ki, Ermənistanın AŞ PA-dakı nümayəndə heyəti bəyanat verib, bəyanatda tamamilə məntiqsiz fikirlər mövcuddur.
Komitə sədri əlavə edib ki, Ermənistanın daxilində gedən proseslər başqa müstəviyə keçib, onlar bir-birilə mübarizəyə başlayıblar: "Paşinyan hökuməti nüfuzdan düşüb, bir qədər sonra onun yalnız regionda deyil, dünyada və beynəlxalq səviyyədə də nüfuzdan düşəcəyinin canlı şahidi olacağıq".
S.Seyidov vurğulayıb ki, bütün dünya, o cümlədən Avropa Şurasının özü də Dağlıq Qarabağın Azərbaycana aid olması ilə bağlı konkret qətnəmələr qəbul edib və heç kəs bunu inkar edə bilməz.


Xəbəri paylaş

6518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___