Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Beyləqan Meri korrupsiya əməllərinə icra başçısını da ortaq edib
Tarix: 10-09-2018 | Saat: 15:26
Bölmə:M / Karusel / Siyasət / İqtisadiyyat / Aktual | çapa göndər

Beyləqan Meri korrupsiya əməllərinə icra başçısını da ortaq edib

Beyləqan meri korrupsiya əməllərinə icra başçısını da ortaq edib Beyləqan Rayon İcra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi, son vaxtlar daha çox adı konfliktdə olan yerli məmurlardan mətbuata informasiya ötürməkdə hallanan Bakir Balakişiyevin “səkisalma” , "abadlıq işləri" adı altında büdcə pullarını talaması danılmaz bir faktdır.

Yetər ki, bu yazdıqlarımız və yazıda qeyd etdiyimiz korrupsiya hüquqpozmaları hüquq mühafizə orqanları tərəfindən araşdırılsın. 
Xəbəral.az xəbər verir ki, artıq şəhər meri özünün qanunsuz işlərinə icra başçısı Vaqif Abdullayevi də şərik edib. Rayondan əldə etdiyimiz məlumata görə, Bakir Balakişiyev danlayaraq dilini dinc saxlamasını deyib. Harda gəldi icra başçısını özünə korrupsiya ortağı etməsin. Mənbə iddia edir ki, icra başçısı Bakir Balakişiyevdən çəkinir. Çəkindiyi də ona görədir ki, meri onu şantaj edə bilər. Bu da icra başçısının reputasiyasını laxlada bilər. Onsuz da Vaqif Abdullayevin adı yetərincə qalmaqallı işlərdə çəkilib. Tək elə 2016-cı ilin şəhərin abadlaşması üçün ayrılmış büdcə vəsaitilə görülən işlər arasında müqayisə aparsaq hər şey aydın olacaq. Demək şəhər büdcəsinə ayrılan 90 min manata ötən il Sevil Qazıyeva küçəsində (xəstəxanaya gedən yolda) 9 işıq dirəyi, polis şöbəsinin qarşısında cəmi 10 işıq dirəyi basdırılıb. Bununla da Bakir Balakişiyev şəhərin işıqlandırma sistemini təzələməyi yekunlaşdırıb. Üstəlik hər biri 700 manata alınan dirəkləri 1250 manata sənədləşdirməyi unutmayıb. Bundan əlavə polis şöbəsinin qarşında yola eni 1 metr, uzunluğu 250 metr tamet vurulub. Şəhərin bir-iki yerində də asfalta yamaq vurulub. Vəssalam, 90 minlik büdcə bu “işlərə” guya xərclənib. Ən azı 30 min manat Bakir Balakişiyevin şəxsi büdcəsinə transfer olub. Bakir Balakişiyevin hər yerdə oturub, durub danışdığına görə, o, bu pulu tək xərcləməyib. İcra başçısı da bu işdə ortaqdır. Beyləqanda hər kəs yaxşı bilir ki, Bakir Balakişiyevin əsas qazancı şəhər küçələrindəndi. Məlumatlarda qeyd olunur ki, Beyləqanda bütün səkisalma maxinasiyasını Bakir Balakişiyevin ortağı Mobil Həsənov reallaşdırır. Bu həmin Mobil Həsənovdur ki, mətbuatda onun “STAR 2017” MMC-nin rəhbəri olduğu yazılıb. Məlumatda vurğulanır ki, bu günə qədər Mobil Həsənovun arxasında dayanan və şirkətinin konkret korrupsiya piramidasını quran isə şəxs Bakir Balakişiyevdir. Şəhər meri məhz ortağı ilə birləşərək il boyu səkisalma, asvaltlanma adı altında dövlət büdcəsini talamaqla məşğuldur. O da bildirilir ki, Bakir Balakişiyevin əldə etdiyi qanunsuz vəsaitlər təkcə səkisalma və abadlıq işləri ilə bitmir. Belə ki, şəhər meri tabeçiliyində olan 6 uşaq baxçasına aylıq ayrılan ərzaq mallarından da oğurlamaqla məşğuldur.Hələ bir neçə öy ölkə mətbuatında Bakir Balakişiyevin Beyləqan uşaq baxçalarını ətlə təmin edən “Meyvəli” firmasının Ağcabədi filialının rəhbəri ilə sövdələşməyə gedərək 1 ton əti mənimsəməsi faktı işıqlandırılmışdı. Bakir Balakişiyev vəzifəsindən sui-istifadə edərək körpə uşaqlar üçün dövlətdən ayrılan bir çox ərzaq mallarını hər ay, bağça müdiri işləyən həyat yoldaşının əli ilə yoxa çıxartdırmasını isə Beyləqanda hər kəs yaxşı bilir. Şəhər Merinin öz əməllərinə həyat yoldaşını da şərik etməsi isə onun korrupsiya gücünün hansı səviyyədə olduğunu açıq -aydın ortaya qoyur. Beyləqanda bu gün bütün bağça müdirlərinə aylıq 100 manat haqq qoyulub ki, bu qanunsuz pul birbaşa Bakir Balakişiyevin cibinə gedir. Bundan başqa onu da deyə bilərik ki, hazırda 1 saylı uşaq bağçasında şəhər merinin korrupsiya havaları əsir. Çünki 1 saylı uşaq bağçası 140 yerlik olsa da burada gün ərzində 20-30 uşağı bir arada görmək mümkündür. Yerdə qalan uşaqların adları isə yalnız kağız üzrəində yazılaraq gündəlik onlara ayrılan ərzaq payları və digər xərclər rahat şəkildə mənimsənilir.
XəbərAl.az
Bura  tıkla xəbəri oxu Beyləqan Meri korrupsiya əməllərinə icra başçısını da ortaq edib



Xəbəri paylaş

9078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___