Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Beynəlxalq Bankın yeni rəhbəri məlum oldu
Tarix: 11-07-2015 | Saat: 21:27
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Beynəlxalq Bankın yeni rəhbəri məlum oldu

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin sədri vəzifəsinə “Aqrarkredit”in rəhbəri Məmməd Musayev gətirilir.


“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, yaxın günlərdə Beynəlxalq Bankın Müşahidə Şurasının yığıncağı keçiriləcək. Həmin yığıncaqda Məmməd Musayev Idarə Heyətinin rəhbərliyinə gətirilməsi məsələsi həllini tapacaq.

Məlumatda deyilir ki, Məmməd Musayev Beynəlxalq Bankın rəhbərliyinə xüsusi planlarla gəlir. Bu sırada bankın özəlləşdirilməsi əsas yer tutur. Qəzetin növbəti sayında Beynəlxalq Bankla bağlı planların təfərrüatlarını oxucuların diqqətinə çatdırılacaq.

Qeyd edək ki, Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olub. 1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı Institutunu (İndiki İqtisad Universiteti) fərqlənmə ilə bitirib.

1976-1984-cü illərdə Dövlət Bankının (Mərkəzi Bank) Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi olub. 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının Idarə Heyətinin sədri, 2001-ci ildən isə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Idarə Heyətinin sədridir.


Xəbəri paylaş

8898 dəfə oxunub.

Digər xəbərlər
24-03-2015, 21:49 Borclarımız arta bilər

bütün xəbərlər
____ Instagram ___