Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Azərbaycanda manatın məzənnəsinin dəyişəcəyi ilə bağlı xəbərlər şayədir"— Deputat
Tarix: 10-08-2018 | Saat: 18:31
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər



"Azərbaycanda manatın məzənnəsinin dəyişəcəyi ilə bağlı xəbərlər şayədir. Hazırda manatın məzənnəsi sabit olaraq qalır və bununla bağlı heç bir narahatçılığa əsas yoxdur".

Bu fikirləri açıqlamasında Milli Məvclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Aydın Hüseynov bildirib.  
Deputat deyib ki, bu məsələlərlə bağlı hökumətin və bankların kifayət qədər təcrübəsi var: 
"Ona görə də manatın məzənnəsinə təsir edən amillər qorunub saxlanılır. Hazırda Azərbaycanın valyuta ehtiyyatları kifayət qədərdir, xarici ticarət dövriyyəsi müsbət saldodur və maliyyə-bank sektorunda aparılan siyasət özünü doğruldur. Dünyada neftin qiyməti isə dövlət büdcəmizdə nəzərdə tutulandan çoxdur. Bütün bu məqamlar isə manatın məzənnəsini təmin edən başlıca şərtlərdir. Ona görə də manatın məzənnəsinin kəskin şəkildə aşağı düşəcəyi ilə bağlı heç bir narahatçılığa ehtiyac yoxdur. Belə bir hal gözlənilmir".
A.Hüseynov qeyd edib ki, manatın məzənnəsi ilə bağlı süni gərginlik yaratmaq cəhdləri özünü doğrultmayacaq. 


Xəbəri paylaş

5348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___