Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağır yük maşını üzərindən keçdi - Ölümə meydan oxuyan Pəhləvan Əli Beyləqanlı
Tarix: 08-08-2018 | Saat: 20:20
Bölmə:M / Karusel / Gündəm / İdman / Foto-fakt / Ekskluziv | çapa göndər


Xalqımızın qəhramanlıq dastanı “Koroğlu”da Dəmirçioğlunun, Bəlli Əhmədin, Dəli Həsənin, Eyvazın igidliklərini vəsv edən aşıqları, mübaliğəsinin gücünün sonsuzluğu ilə qəhrəmanları öydüyünü və özlüyümüzdə belə bir fiziki insan gücün qeyri reallığını düşünmüşük. Zaman dəyişib, xalqımız azadlıq əldə etdikdən sonra millətimizin neçə-neçə “papaq altda yatan” igidləri meydana çıxdı. Əslində onlar hər zaman meydanda olan oğullar olub. Sadəcə özlərinin şöhrətdən uzaq dünyalarında həyat qayğılarına dalmağı daha üstün tutublar. Lakin belə pəhləvan oğulları tanımaq və tanıtmamaq xalqımız üçün böyük mənəvi zərbə olar.

Bu məqsədlə də xalqımızın sayılıb-seçilən igid oğlu İsgəndərov Əli Həmid oğlunu sizlərə tanıtmağı özümüzə borc bildik. Əli Həmid oğlu İsgəndərov 1970-çi ildə Beyləqan rayonunun Milabad qəsəbəsində dünyaya gəlib. Doğulduğu ailədə nəsildən-nəsilə ötürülən pəhləvanlıq mirasının olması balaca Əlidən də yan keçməyib. Yeniyetməlik yaşlarından atasından, əmisindən öyrəndiyi pəhləvanlıq dərslərini, zaman keçdikcə təkminləşdirib, müstəqil sayseçmə pəhləvana çevrilib.

Əli bəy bacarığını yalnız ata-babadan qalma klassik nömrələrlə məhdudlaşdırmayıb, axtarışlar ardınca gedib. Həmin axtarışların nəticəsi olaraq insan həyatı üçün ölümcül təhlükə hesab olunan ağır yüklü avtomobilləri belə sinəsi üzərindən keçirir. Beynəlxalq aləmdə ölkələri tanıdan idmanşıları və incəsənət nümayəndələri olur. Əli İsgəndərov da üzərinə düşən missiyanı gözəl anlayır və Azərbaycanımızı dünyaya tanıtmağa qərar verir. Bu məqsədlə qol güləşi üzrə Gürcüstan respublikasında keçirilən yarışlarda dörd dəfə Avropa çempionu olub Yeddi dəfə əlbəyaxa döyüş üzrə yarışlarda ölkə çempionu adına laiq görülüb.

Respublikada keçirilən dövlət səviyyəli tədbirlərdə, el şənliklərində Əli bəyin dəvət alması, sübut edir ki, bu pəhləvan həyatını boşuna deyil, xalqı üçün yaşayanlardandır. Məhz onun nəticəsidir ki, ən böyük missiyası olan atalıq missiyasını da vətənə laiq övlad yetişdirməkdə görür. Bir oğul və bir qız atası olan Əli İsgəndərov, oğlunu ata-baba sənətinin davamçısı etməklə yanaşı, hərbiçi olaraq vətənə xidmət etməsini ilə fəxr edir.
Tez-tez:-Qılınc qınında pas atar” söyləyən pəhləvan, yalnız öz övladının deyil, xalqın oğullarını da gələcəkdə pəhləvan görmək arzusu ilə dolub daşır. Yaşadığı Beyləqan rayonunda onlarca tələbə yetişdirən Əli bəy, Bakı şəhərində də fəaliyyətini davam etdirmək istəyir.

Biz də Əli İsgəndərova üzərinə görürdüyü belə bir igidlik və vətənpərvərlik ideyaların gənc nəslə aşılaması yollarında uğurlar diləyir , igidimizin heç vaxt biləyi bükülüb,dizi titrəməsin deyirik.
"Xəbəraz.az "






Xəbəri paylaş

1 3778 dəfə oxunub.

Digər xəbərlər
13-05-2015, 02:23 Körpü belə uçdu-FOTO

bütün xəbərlər
____ Instagram ___