Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xanəndələrin ölümü ilə bağlı inanılmaz - Qətl və intihar!
Tarix: 02-08-2018 | Saat: 22:32
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər

Xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun ölümünün dəhşətli təfərrüatı məlum olub.

Publika.az-ın məlumatına görə, Miryusif Mirizadəni xanəndə Novruz Hüseynov qardaşı ilə birlikdə öldürüb. Sonra isə maşını aşıraraq qəza baş verməsi təəssüratını yaratmağa çalışıblar.
Məlumata görə, bir müddət əvvəl maşın alan Novruz Hüseynov Miryusifə sürücülük vəsiqəsi olmadığından onu yeni maşını ilə Ağcəbədiyə aparmasını istəyib. Müsabiqə yoldaşı olduğuna görə də Miryusif Novruzun sözünü yerə salmayıb. Gecə saatlarında Miryusiflə Novruz arasında mübahisə yaranıb. Bu zaman Novruz Hüseynov və qardaşı Miryusifə 14 bıçaq zərbəsi vuraraq öldürüblər. Miryusif öləndən sonra onu maşına qoyublar, yolda maşını aşırıblar. Daha sonra Novruz Hüseynov özünü kanala atıb.
Qeyd edək ki, ötən gün xanəndə Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayılıb. Qəzaya düşən "Mersedes" markalı avtomobildə meyiti tapılan M.Mirizadənin meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanlıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub. N.Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb. Bu gün səhər saatlarında N.Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanlında yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş

1 3558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___