Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan XİN: KTMT-nin baş katibi dəyişdiriləcək
Tarix: 28-07-2018 | Saat: 15:43
Bölmə:M / Karusel / Siyasət / Aktual | çapa göndər


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı baş katibi Yuri Xaçaturov Ermənistan tərəfinin xahişi ilə dəyişdiriləcək. İrəvan onun yerinə başqa bir namizəd irəli sürəcək.
 
"Xəbəraz.az " news.am-a istinadla bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan özünün şəxsi “tvitter” hesabında yazıb. Tiqran Balayan bildirib ki, təmsil etdiyi qurum artıq Xaçaturovun bir başqası ilə əvəz edilməsi üçün KTMT-yə müraciət edib və tezliklə bu barədə rəsmi məktub göndərməyə hazırlaşır: “Çünki hazırkı KTMT baş katibi Ermənistan qanunlarına görə mühakimə olunacaq. Özü də ciddi ittihamlarla. Xaçaturov tezliklə bir başqası ilə əvəz edilməlidir. Təşkilat da, biz də yeni baş katiblə bağlı namizədimizi təqdim edə bilərik. Hesab edirəm ki, prosedur  tezləşdirilməlidir. Əks halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində bir müddətlik axsama yarana bilər”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov ölkənin konstitusiya quruluşunun devrilməsində təqsirli bilinir.




Xəbəri paylaş

5908 dəfə oxunub.

Digər xəbərlər
14-01-2016, 10:28 Bu Gün Bizi Nə Gözləyir

bütün xəbərlər
____ Instagram ___