Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Gəncə hadisələri ilə bağlı bəyanat yayıb
Tarix: 25-07-2018 | Saat: 20:24
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Gəncə hadisələri ilə bağlı bəyanat yayıb
Bəyanatda deyilir: "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Gəncə şəhərində dövlət rəsmisinə qarşı həyata keçirilən sui-qəsd cəhdini və eləcə də yüksək rütbəli zabitlərin qətlini ölkəmizdə sabitliyin, əmin-amanlığın pozulmasına yönəlmiş cəhd hesab edir və qətiyyətlə pisləyir.
Ölkəmizin inkişafı və tərəqqisi, Azərbaycan dövlətinin gündən-günə artan nüfuzu həm xaricdə, həm də daxildə müəyyən qüvvələri ciddi şəkildə narahat edir və bu qüvvələr cidd-cəhdlə öz çirkin niyyətlərini həyata keçirməyə səy göstərirlər. Gəncədə baş verən son hadisələr də məhz həmin cəhdlərdən biri idi. Lakin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi daxili və xarici düşmənlərimizə öz çirkin niyyətlərini həyata keçirməyə imkan vermədi. Onlar bir daha əmin oldular ki, Azərbaycandakı sabitliyi, əmin-amanlığı pozmaq, müəyyən güc mərkəzlərinin digər müsəlman ölkələrində həyata keçirdikləri ssenariləri ölkəmizdə təkrarlamaq qeyri-mümkündür.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bəyan edir ki, bu hadisələrdə müqəddəs dinimizin adından sui-istifadə edilməsi ölkə ictimaiyyəti tərəfindən hiddətlə qarşılanmışdır. Ölkə rəhbərliyi hər zaman dini etiqad və vicdan azadlıqlarına yüksək hörmətlə yanaşmış, Azərbaycanda bütün dini konfessiyaların sülh və qardaşlıq şəraitində yaşamasına zəmin yaratmışdır. O cümlədən Ulu Öndər Heydər Əliyevin və eləcə də möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə yüzlərlə məscidlər tikilmiş, bərpa və təmir edilmişdir. 2016-cı ilin ölkəmizdə “Multukulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanda milli-mədəni rəngarənglik mühitinin və həmçinin dövlət-din münasibətlərinin yüksək səviyyədə formalaşmasının bariz nümunəsidir. Bütün bunlar bir daha sübut edir ki, heç bir radikal qrup ölkə vətəndaşlarını öz arxasınca apara bilməz və bu kimi qrupların istənilən cəhdi uğursuzluğa düçar olacaqdır.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bir daha bu kimi hadisələri pisləyir, bu hadisələrin qarşısının alınması ilə bağlı dövlətimizin, ayrı-ayrı rəsmi orqanların nümayiş etdirdiyi qətiyyəti, təmkinliliyi və ardıcıllığı yüksək dəyərləndirir, eləcə də xalqımızın hadisələr zamanı öz dövləti və onun rəhbəri ilə sərgilədiyi həmrəyliyi aqışlayır. Gəncə hadisələri zamanı dövlətçiliyimiz uğrunda həyatını fəda etmiş soydaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik”.



Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___