Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İran Trampı sülhdən əlini üzməyə çağırdı
Tarix: 25-07-2018 | Saat: 18:46
Bölmə:M / Karusel / Siyasət | çapa göndər


İran tərəfi ABŞ prezidenti Donald Trampı İranla danışıqlara ümid etməməyə çağırıb.
 
"Xəbəraz.az " İran XİN-nin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Kasəmi bildirib.
 
“Tramp administrasiyası kölgəsində İrana qarşı təhdidlər duran bir tərəfli danışıqlar barədə unutmalıdır. Hazırki zamanda ABŞ sərhəddə durmalı və öz mövqeyini anlamalıdır. Həmçinin bu məsələdə İranın yerini və rolunu anlamağa görə böyük səy göstərməlidir” – Kasəmi bildirir.
Bu bəyanat ABŞ prezidenti Donald Trampın dəfələrlə İranla yeni nüvə razılaşması imzalamağa hazır olduğunu bəyan etməsində cavab olaraq səslənib.
 
Xatırladaq ki, bundan əvvəl İran və ABŞ prezidentləri bir-birinə qarşı təhdidlər səsləndirib. Belə ki, İran prezidenti Həsən Ruhani ABŞ-ı “odla oynamamağa” çağırıb. Cavabında isə Tramp Tehranın Vaşınqtonu təhdid etməyə davam edərsə Twitter sosial şəbəkəsində “gözləmədiyi nəticələrlə qarşılaşacağını” yazıb.
ABŞ-ın sanksiyalar vasitəsi ilə İranın neft sektoruna ciddi zərər vuracağı gözlənilir.
 
Artıq Yaponiyanın bir sıra aparıcı neft emalı zavodları İrandan neft alışına son qoyub.
ABŞ dövlət katibi Mayk Pampeo isə İrana qarşı sanksiyaların bu ilin noyabrın 4-də qüvvəyə minəcəyini bildirib. Bu tarixdən sonra İrandan neft idxalı sanksiyaların pozulması kimi qiymətləndiriləcək.
İran XİN-nin nümayəndəsi Bəhram Kasəmi isə ölkəsinin sanksiyalara qarşı cavab tədbiri görəcəyini bildirib.
 
Həmçinin nüvə razılaşmasına sadiq qalan digər 5 dövlət (Almaniya, Fransa, Rusiya, Çin və Britaniya) isə İrana sanksiyalarla mübarizədə yardımçı olacaqlarını ifadə ediblər. Bunun səbədən, İrandakı şirkətlərini qorumaq üçün tərəflər avqust ayında razılığa gəlməlidirlər.
 
Qeyd edək ki, bu ilin mayın 8-də ABŞ prezidenti Donald Tramp sələfi Barak Obama tərəfindən 2015-ci ildə İranla bağlanan nüvə razılaşmasından çıxdığını bildirib. Bu razılaşma İranla 6 dövlət arasında bağlanıb razılaşmaya görə İran tərəflərin onun nüvə proqramına nəzarət etməyinə icazə verir və əvəzində ona qarşı tətbiq edilən sanksiyalar mərhələ ilə qaldırılır. Lakin Tramp bu müqavilənin İrana nüvə silahı əldə etməyinə mane olmadığı bəhanəsi ilə razılaşmadan çıxaraq ona qarşı əlavə sanksiyaların da tətbiq ediləcəyini bildirib. Müqaviləyə sadiq qaldıqlarını bildirən 5 ölkə isə İrana bu mövzuda yardımçı olacaqlarını və itkilərini qarşılayacaqlarına söz veriblər.
 


Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___