Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Övladına "MÜBARƏK"-də toy etdi, məkan sahibi də ona "TOY TUTTU"
Tarix: 09-07-2018 | Saat: 19:38
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm / Aktual | çapa göndər




    Toy xalqımızın ən qədim və gözəl adət-ənənələrindəndir. İnsan dünyaya gətirdiyi, min-bir zillət-zəhmətlə böyütdüyü övladının toyu ilə bağlı gizli-aşkar xəyallar qurur. Çox təəssüf ki, müasir dövrümüzdə  qədim toy adətlərimz tamamilə unudulub, yerini Avropasayağı adət-ənənələr alıb. Məhz belə unutqanlığın nəticəsidir ki, (geyim, bəzək, maşın, çəkiliş və s.) bir kənara buraxıb, toyun baş tutduğu məkan, restoranlar  "toy bazar"ı adlı bizneslə yarışa düşüblər.
   Bakı şəhərini başına götürən, müxtəlif milli və xarici adlarla məhşurlaşan şadlıq saraylarının sayı o qədər çoxdur ki, az qala hər ailə başına bir şadlıq evi düşür. Yəqin ki, şadlıq evlərinin bu qədər güclü kanqurensiyası olduğu halda, müştəri məmnuniyyətinə cavab verən xidmətləri də olmalıdır,ən azından belə düşünürük. Nə yazıq ki,  bizim onlar haqqında  düşüncələrimiz, mətbəxlərində günlərlə qalıb, boyatımış, hətta iylənmiş yeməklər kimi bizləri də təssüfləndirir.
 Redaksiyamıza müraciət edən bir qurup şəxş, yaxın günlərin birində şəhərdə kifayyət qədər məhşur olan  "MÜBARƏK" şadlıq evində keçirilən toy məclisinə dəvətli olduqlarını və toydan ac yada qida zəhərlənmələri ilə dönmələri barədə şikayyət etdilər. Şikayətçilərin söylədiklərinə əsasən yayın bu qızmar çağında səhərdən süfrələrə düzülən yeməklər, salatlar, soyuq qəlyanaltılar   axşam qonaqlar gələnə qədər artıq sıradan çıxmışdı. Üstəlik şadlıq evində kondinsonerlərin işləməməsi tərkibi tez xarab olan məhsullarla zəngin salatları yeyilməz həddə qədər  xarab olmasına səbəb olmuşdur.
   Maraqlıdır, görəsən sadlıq evinin rəhbəri bu havada, bu qədər insanın toplandığı bir məkanda heç bir sərinləşdirici qurğuların olmadığı yaxudda işləmədiyi vəziyyətində özü otura bilərmi ki, toy sahibindən  küllü miqdarda pul alıb, belə yarıtmaz xidmət göstərir. (Pul alıb demişkən, biz bu məsələyə yenidən qayıdacayıq!)
  Qeyd etdik ki, istidən tərkibi dəyişmiş qidalardan toya dəvət olunmuş qonaqların səhətlərində pozulmalar baş verib. "MÜBARƏK" şadlıq sarayı da digər saraylar kimi sadəcə şablon menyu tərtib edib, müraciət edən vətəndaşlara təqdim edir. Amma bir nəzərə almır ki, hər bir qidanın mövsümə görə qəbul olunma vaxtı vardır. Biz sadədən başlamaqla bildiririk ki, menyu sayını artırmaq, uzun- uzadı soyuq yeməklərin siyahısını toy sahibinə təqdim etməklə xidmətinizin mükəmməl olduğunu sübut etməyə çalışırsınız. Lakin bir faktı nəzə almırsınız ki, yay aylarında turşuların, duza qoyulmuş zeytunun kələmin, gavalının, xiyarın və s. istifadəsi məhdudlaşdırılmalıdır. Bu mövsümdə onların qəbulu hipertoniya, ürək-damar xəstəliklərinə, uraloji xəstəliklərin fəallaşmasına şərait yaradır.
 Əlbətdə siz deyə bilərsiniz toy sahibinə məcburiyyət yoxdur.  Təklif olunan bu kimi qidalardan imtina edə bilər. Amma bu sizə məsuliyyətdən qaçmağa əsas vermir. Çünki biz əminik ki, sizin şadlıq evinin menyu siyahısı tərtib olunduğu zaman, soyuq və isti yeməklərin tam həcmdə tərkibləri göstərilməklə İqdisadi İnkişaf Nazirliyi yanında İstehlakçıların Hüquqlarınım Müdafiəsi Xidmətinə təqdim olunmamışdır.  Belə bir səhlənkarlıq isə sonda müştəri həyatının bahası ilə ölçülür.
 Yəqin siz,  " MÜBARƏK " sadlıq sarayının rəhbərliyi etdiyiniz qanunsuzluğun yalnız bununla da məhdudlaşmadığını bilirdiniz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 254-cü maddəsi ilə tənzimlənən 18 yaşına çatmamış işçilərin gecə növbəsində (20-00-dan 07-00-a qədər 18 yaşına çatmayan işçilər üçün gecə növbəsi hesab edilir.) işə çıxarılması qeyri-qanunidir. Biz hələ istirahət, bayram günlərində belə, bu yaşda işçilərin işə cəlb olunmasının yolverilməz olduğunu açıqlamırıq. Şadlıq evlərinin iş saatı isə gecə 02-00-03-00 a qədər davam edir. Belə bir iş normasının azyaşlı işçinin səhətində hansı fəsadları yaratmasını buraxaq mütəxəssislər aydınlaşdırsın.
   Şadlıq evində yol verilən neqativ hallara aydınlıq gətirmək və vətəndaşların müraciətlərində qeyd olunan halların nə qədər həqiqətə uyğun olub-olmaması məqsədi ilə qarşı tərəf olaraq "MÜBARƏK" şadlıq sarayının rəhbərliyi ilə görüşməyi özümüzə borc bildik. Bizi qarşılayan və suallarımızı cavablandıran Teymur adlı şəxs özünü adı gedən şadlıq evinin səlahiyyətli nümayəndəsi kimi təqdim etdi və yuxarıda sadaladığımız bütün nüqativ halların vətəndaş qərəzi olduğunu vurğuladı. Əlbətdə, Teymur bəy göstərilən nöqsanlarla razılaşmaya və ört-basdır etməyə çalışacaq. Amma bir həqiqəti unudur ki, "müştəri hər zaman haqlıdır". Eləcə də onun tanımadığı toya dəvətli qonaqların iradlarını qərəz adlandırması əsla məntiqə sığan açıqlama deyil.
    Bəhs etdiyimiz vətəndaş məmnuniyyətinin yarıtmaz olduğunu qoyduq bir kənara. Teymur bəy azyaşlıların (18 yaşına çatmayan işçilərin) gecə növbəsinə cəlb olunması barədə sualımızı qəti şəkildə rədd etdi və şadlıq evində belə halların olmadığına bizi inandırmağa çalışdı. Biz isə artıq bununla bağlı, yəni 17 yaşına çatmamış iki işçinin olması faktını aşkar etmişdik.  Özünün isə etiraf etdiyi o oldu ki, şadlıq evində hər gün toy məclisi olur və işçilər səhər saat 10-00-dan işə gəlib, 00.00 gedir.( buna da nə qədər inanmaq olarsa artıq). Teymur bəy müsahibəmiz əsnasında müxtəlif dövlət orqanlarında məsul vəzifələrdə çalışdığını vurğuladı. Biz isə kiçik bir riyazi hesablama apardıq. Hər gün məkanda toy məclisi olur və işçilər 10.00-dan 00.00- a kimi işə cəlb olunurlarsa bu da həftəlik iş saatının həcmini 105 saata   bərabər edir.  Respublikada isə həftəlik iş normasının 40 saat olması Əmək Məcəlləsinin 90-cı maddəsində qeyd olunur. Xüsusi iş sahələrində isə həftəlik 36 saatdan artıq iş norması yol verilməzdir və mətbəxlər də bəhs etdiyimiz xüsusi zərərli iş yeri kimi nəzərə alınır.
  Hələ sadlıq evlərinin min bir fırıldaqla qonaqlardan, toy sahiblərindən pul qoparmalarından bəhs etmirəm. Sizin məkan da onlardan əsla geri qalmır. Hansı bir məkanı seçib, toy etmək istəyən  insan, onsuz da  menyunun və xidmətlərin qarşılığını iki hətta üç qat artıqlaması ilə ödəyir. Əvəzində isə ödədiyi məbləğı qarşılıq ödəmə qəbzi almır. Bu isə o deməkdir ki, məkan sahibi ilk başdan istehlakçının hüquqlarını pozmaqla bərabər, eləcə də gəliri gizlətməklə vergi ödəməkdən də yayınır. Belə olan halda hansı etik qaydalara sığışır ki, xidmət göstərən ofisiantlara qonaqlar"baxım-görüm" etməzsə xidmət aşağı səviyyədə aparılır. Görünür  rəhbərlik onların əmək haqqını vaxtında və qədərində ödəmir ki, ofisiantlar əbaxan edilir.
 Şadlıq evində toya dəvətli qonaqlar müxtəlif xarakterli, müxtəlif, həssaslıqda, müxtəlif allergik xəstəliklərə sahibdirlər. Qonaqların heç bir özəlliyi nəzərə alınmadan, onsuz da insan nəfəsinin çoxluğundan tənəffüs edilməsi ağır olan məkanı, üstəlik kəskin qoxulu üzərlik tüstüsü ilə boğmaq xidmət nüvüdür ya pul yığmaq yolu? Bunu da bilmədik.
 Toy sahibi öncədən nə qədər ödəniş etsə də yenə də məkan sahibinin, işçilərinin iştahasını doyura bilmirki bilmir. Öncədən aparılan danışıqlarda sahibkar masabəyinin, musiqiçilərin, kameramanların, lazımlı-lazımsız xidmət göstərənlərin onun tərəfindən təşkil olunacağı barədə razılığa gəlir. Toy başlar-başlamaz məkan sahibinin gözü önündə  mədəni diləncilik ortaya çıxır. Səbəb isə olduqca bəsitdir. Xidmət göstərənlər nə qədər çox toy sahibini "soya" bildisə, bir o qədər ödəcəyi əmək haqqı az ödəyəcək. (Əslində müqayisə etməyə xəcalət çəksəm də bu işçilər  Bakının küçələrində valideyinlərinin göstərisi ilə dilənən uşaqlara bənzəyirlər)     
 Bizib aşkar etdiyimiz iradlarla bağlı Teymur müəllimə sual verdikdə: "Bu sizin işiniz deyil, buna əmək müfəttişliyi nəzarət edir" deyə cavab verdi. Bəli Teymur müəllim, mətbuat araşdırıcı orqandır. Nəzarət və ya yoxlayıcı orqan deyil. Lakin jurnalis KİV haqqında qanunun 8-ci maddəsini əsas tutaraq aşkar etdiyi mülki, inzibati və cinayət tərkibli hər bir qanunsuz hərəkət və hərəkətsizlikləri  aidiyyatı orqanlara məlumat verməlidir. Bu səbəbdən də yəqin biz sizlərdən fərqli addım atıb, qanuna hörmətlə yanaşacayıq.          
 Dəyərli "MÜBARƏK" şadlıq evinin başbilənləri. Yuxarıda sadaladığımız ya sadalamaqdan vaz keçdiyimiz nöqsanlarınız, hətta qanunsuzluqlarınız inkar edilə biləcək qədər kiçik deyil. Lakin biz Xəbəraz.az sayıtı olaraq redaksiyamıza daxil olan vətəndaş müraciətlərinə aydınlıq gətirmək məqsədi ilə  sizlərin mövqeyini dinləməyi özümüzə borc bildik və məlum oldu ki, vətəndaş çox kiçik bir nöqsanı dilə gətirib. Sizlərin işində baş verən halları isə nöqsan adlıandırmaq qanundan bixəbər olmaq deməkdir.  
 Tərifə Şükürqızı      


Xəbəri paylaş

1 7628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___