Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Baş nazir kəskin istilərlə bağlı sərəncam imzaladı: iyulun 4-7-də...
Tarix: 04-07-2018 | Saat: 14:36
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkə ərazisində hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb.
 
Bu barədə  Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
 
Sərəncama əsasən, iyulun 4-də, 5-də, 6-da, 7-də hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə və təşkilatların, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərinin rəhbərlərinə tapşırılıb ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəlləyə 2 nömrəli əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət olunmasını tələb etsinlər.
 
Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci bəndində göstərilir: “İşçilər havanın temperaturu 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır”.


Xəbəri paylaş

6778 dəfə oxunub.

Digər xəbərlər
1-02-2019, 11:57 Aktyor özünə ev aldı

bütün xəbərlər
____ Instagram ___