Tramp iki tvit atdı, OPEK dərhal qərar verdi və… - Ekspert
Tarix: 23-06-2018 | Saat: 11:00
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
ABŞ prezidentinin hasilatın artırılmasının vacibliyi haqqında iki tvitindən sonra OPEK-in, xüsusən də Səudiyyə Ərəbistanının bazara daha çox neft çıxarmağa müsbət yanaşacağı proqnozlaşdırılan idi.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri OPEK və qeyri-OPEK ölkələrinin neft hasilatı ilə bağlı qərarını şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, sözügedən qərarın açıqlandığı gün dünya bazarında neftin qiyməti 4 faizə yaxın yüksəldi:
“Əslində, bu qiymət artımları birbaşa hasilatın arıtırılması haqqında qərarla bağlı deyil. Belə ki, elə həmin gün elan edilən statistikaya əsasən, ABŞ-da neft quyularının sayı 7 ədəd azalıb və bu da birbaşa qiymətə təsir göstərdi”.
OPEK-in son qərarının neftin qiymətlərinə təsirinə gəldikdə, iqtisadçının sözlərinə görə, hasilatın gündəlik 1 milyon barrel artırılması neftin qiymətlərinin qısa zamanda kəskin azalmasına səbəb olmayacaq:
“Hasilatdakı artım qərarına baxmayaraq, yenə də qlobal bazarda tələb üstünlüyü var. Digər tərəfdən, OPEK və bu quruma üzv olmayan, amma qərarı dəstəkləyən dövlətlərin qısa zamanda hasilatı qeyd edilən səviyyəyə çatdırmaq imkanları yoxdur. Rusiya ən yaxşı halda yaxın 3 ayda hasilatı maksimum 300 min barrel artıra bilər. Bütövlükdə, OPEK və qeyri-OPEK ölkələri hasilatın artırılması ilə bağlı qərarlarına ən yaxşı halda yaxın yarım ildə nail ola biləcəklər. Bu isə o deməkdir ki, hələlik bazarda təklifin artıqlığı müşahidə edilməyəcək. Son qərar sadəcə neftin dünya bazar qiymətində kəskin artımların qarşısını almaq məqsədi daşıyır. Hələlik heç bir beynəlxalq qiymətləndirici şirkət neftin qiymətində kəskin azalma proqnozlaşdırmır. Əgər hasilatın artırılması ilə bağlı daha bir qərar olarsa, o zaman neft yenidən əvvəlki bazar qiymətinə, bir barrel üçün 60 dollarlıq həddə enə bilər. Bütövlükdə, OPEK və onunla anlaşan digər bir sıra neft ölkələrinin Ağ Evin tövsiyyəsinə uyğun olaraq hasilatı artırması neftin qiymətinin siyasiləşdiyindən də xəbər verir. Bu isə o deməkdir ki, neft bazarında hər zaman sürprizlər ola bilər”.
Qeyd edək ki, iyunun 21-23-də Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda 7-ci beynəlxalq seminarı keçirilib. OPEK ölkələri gündəlik neft hasilatının 1 milyon barrel artırılması barədə razılıq əldə edib.
Xəbəri paylaş
6408 dəfə oxunub.
Digər xəbərlər

2-07-2016, 18:19
Gülər Əhmədova ölkəni tərk etmək istəyir
10-07-2015, 18:44
Müğənni Mətanətə yeni titul verdilər - VİDEO
17-07-2016, 20:09
Bakıda cinsi azlıq nümayəndəsini intihar həddinə çatdırdılar
8-08-2018, 12:23
Müasir insanı kökəldən sudur – Yeni elmi araşdırma sizi şoka salacaq
26-11-2016, 09:58
Erməni təxribatı: Atəşkəs pozuldu
22-06-2015, 18:31
PREZDENTİN REKORDU
25-02-2017, 12:36
Valideynlər, DİQQƏT: Dırnaq yeyən uşaqlarda bu xəstəlik olur
24-05-2016, 15:43
ABŞ-ın Qafqazdakı hərbi təlimi başa çatdı
15-03-2016, 11:02
Bu gün Bakıda konsert var
10-01-2016, 10:48
Çörəyin qiymətini "gizli" artıranlara xəbərdarlıq edildi