Azərbaycanda Ramazan bayramı qeyd olunur
Tarix: 15-06-2018 | Saat: 09:06
Bölmə:M / Karusel / Gündəm / Təbriklər | çapa göndər
Azərbaycanda bu gün və sabah Ramazan bayramı qeyd olunur.
Qafqaz Müsəlmanları İdarəsi(QMİ) Qazılar Şurasının Fətvasında bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edib və Ay göründüyü andan Ramazani-şərif başlayıb.
Hər il olduğu kimi, bu il də QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.
Eydül-Fitr - Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edir. Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə Ramazan bayramı iyunun 15 və 16-da qeyd olunur.
Ramazan bayramı dövlət səviyyəsində və qeyri-iş günü kimi qeyd edilir.
İyunun 15-də saat 08.00-da "Əjdərbəy", saat 09.00-da isə "Təzəpir" məscidində bayram namazı qılınacaq.
Orucun mühüm əməllərindən olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.
Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Xəbəri paylaş
1 1228 dəfə oxunub.
Digər xəbərlər

6-10-2016, 09:26
2013-cü ilədək tikilən evlərlə bağlı YENİ QAYDA
10-03-2019, 02:24
DYP-Əməkdaşları ilə Mühafizə Polisi-Əməkdaşları əlbayağa qalxdı
19-06-2016, 17:14
İŞİD ABŞ-ı Koreyada vura bilər
21-02-2019, 16:12
“Ümid edirik ki, Əli İnsanov, Taleh Bağırzadə də əfv olunar”
31-08-2016, 21:21
Qızın üzünü ilk dəfə toy günü görən bəy özünü kanala atdı - FOTOLAR
1-10-2023, 10:12
İlon Maskın atası: "Münasibətdə olduğum 200-cü qadından sonra..."
5-05-2016, 11:08
Dünyanın ən yaxşı universitetlərinin reytinqi açıqlanıb
23-07-2021, 23:35
Erməni postu məhv edildi: erməni tərəfdə ölən və yaralananlar var
22-09-2015, 20:26
Zərbə qadını yoldan ikinci mərtəbəyə atdı - Dəhşət