Ramil Usubov müğənninin videosuna görə iki polis zabitini CƏZALANDIRDI
Tarix: 14-06-2018 | Saat: 18:29
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Aktual | çapa göndər
Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı Daxili İşlər Nazirliyinin başlatdığı xidməti araşdırma başa çatıb.
"Xəbəraz.az "-ıın lent.az-a istinadən məlumatına görə, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində bölmə rəisi, polis polkovniki Etibar Balakişiyev və kadrlarda görünən sahə müvəkkili, polis mayoru Oruc Mirzəyev barəsində aparılan xidməti araşdırma nəticəsində hər iki zabit cəzalandırılıb. Belə ki, sahə müvəkkili Oruc Mirzəyevin daxili işlər orqanlarından kənarlaşdırılmasına, bölmə rəisinə isə şiddətli töhmət elan edilməsinə qərar verilib.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib.
Xəbəri paylaş
2 0798 dəfə oxunub.
Digər xəbərlər

3-07-2017, 23:29
Cinsini dəyişən kişi uşaq doğacaq - Dünyada ilk + Fotolar
29-07-2015, 00:49
Azisin konserti belə yadda qaldı
15-04-2016, 13:31
Lukashenka islam dövlətlərinə səsləndi
18-08-2016, 01:49
Stadnik gümüş qazandı, Ratkeviç isə... - Yeniləndi
2-02-2016, 16:02
BU MÜĞƏNNİ DƏ SİNƏ DEKOLTESİ İLƏ GÖZ QAMAŞDIRDI - FOTO
7-02-2016, 18:24
İranın ən böyük avtomobil şirkəti Azərbaycanda zavod açmaq istəyir
14-05-2020, 11:14
“Yeni bir həyata başlayacam” deyib ərindən BOŞANDI
27-12-2016, 20:13
Kim Yonq Un Yeni ili qadağan etdi: "İsanı unudun, nənəmə sitayiş edin!"