Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xoşqədəmin verilişində üzə çıxan qətl barəsində YENİ FAKTLAR - QIZ NECƏ ÖLDÜRÜLÜB?
Tarix: 10-06-2018 | Saat: 18:20
Bölmə:M / Karusel / Hadisə | çapa göndər


Bakıda Qazaxıstan vətəndaşı olan qadının qətlə yetirilərək meyitinin qamışlıq sahəyə atılması hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.
Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlunun Bakıya gətirdiyi 1985-ci il təvəllüdlü Atsubayeva Ayqul Almaz qızını qətlə yetirməsi və daha sonra polis idarəsindən özünü pəncərədən ataraq intihar etməsi faktı ilə bağlı bir nəfər saxlanılıb.
Belə ki, Y.Yusifovun qayını, 1984-cü il təvəllüdlü Famil Osmanov Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə şübhəli bilinərək saxlanılıb.
Məlumata görə, qətl hadisəsinin istintaqı Sabunçu rayon Prokurorluğunda aparılır. Bildirilir ki, 3 uşaq atası olan Y.Yolçuyev qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib. Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra 29 yaşlı Yolçu taksi ilə Ayqul Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi 34 yaşlı Ayqulu boğaraq öldürüb.
Qətl törədən Y.Yolçuyev daha sonra qaynının evinə gedib və belə bir cinayət törətdiyini deyib. Famil Osmanovun dediyinə görə, yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb və buna görə polisə məlumat verməyib.
Artıq A.Atsubayevanın meyiti ekspertizadan keçirilib və ailəsinə təhvil verilib.
Y.Yolçuyevin özünü öldürməsi hadisəsi ilə bağlı isə Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Belə ki, 34 yaşlı Qazaxıstan vətəndaşı ilə bağlı son məlumat Bakıda aeroportda əldə edildiyindən Y.Yolçuyev Binə qəsəbəsindəki Hava Nəqliyyatında Polis İdarəsinə çağırılıb və burada cinayətinin üstü açılınca özünü pəncərədən atıb.
(lent.az)


Xəbəri paylaş

1 2208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___