Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev xanımı və qızı ilə sərgidə
Tarix: 09-07-2015 | Saat: 22:07
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İlham Əliyev xanımı və qızı ilə sərgidə



Bu gün “Milan Expo 2015” Ümümdünya sərgisindəki Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub.


Xeberaz.az AzərTac-a istinadən xəbər verir ki, “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib.

Azərbaycanın prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Tədbirə, həmçinin İtaliya hökumətinin nümayəndələri, ictimai xadimlər, bu ölkədəki diplomatik korpusun təmsilçiləri və digər nüfuzlu qonaqlar da qatılıblar.

Azərbaycanın prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva “Milan Expo 2015” sərgisinin ərazisinə gəliblər. .

“Milan Expo 2015”də Azərbaycan milli pavilyonunun təməli 2014-cü ilin iyulunda qoyulub. Ümumilikdə pavilyonda hazırlıq və tikinti işləri 18 ay ərzində davam edib.

Azərbaycan pavilyonunda əvvəlcə Bakı ilə videoəlaqə yaradılıb. Heydər Əliyev Mərkəzinin əməkdaşı Məhəbbət Mehdiyeva prezident İlham Əliyevi salamlayıb.

Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. “Milan Expo 2015” başa çatdıqdan sonra Azərbaycan pavilyonunun sökülərək yenidən Bakıda qurulması və ziyarətçilərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Azərbaycan milli pavilyonunun konsepsiyası barədə məlumat verilib.

“Milan Expo 2015”ə hazırlıq ərəfəsində Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyin, nadir landşaftların, təbii ehtiyatların və fərqli bölgələrdə yerləşən tarixi abidələrin foto və video çəkilişləri aparılıb. Bu məqsədlə 2014-cü ilin aprelindən bu ilin fevralınadək Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Yardımlı, Şəmkir, Şəki, Qəbələ, Şabran, Quba, Xızı, Siyəzən, Şirvan, Abşeron və digər şəhər və rayonlara dəfələrlə səfərlər təşkil edilib.

Sonra xatirə şəkli çəkdirilib.

“Milan Expo 2015” Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan hazırlıq və quraşdırma prosesində ilkin mərhələdə iştirakçı dövlətlər qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələr sırasındadır. Eyni zamanda, xarici mətbuat və İtaliyanın aparıcı KİV-ləri milli pavilyonumuzun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu bildiriblər.

Daha sonra prezident İlham Əliyev “Milan Expo 2015” beynəlxalq sərgisində dövlət bayraqlarının qaldırılması mərasimində iştirak edib. İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi və dövlət bayraqları qaldırılıb.

“Milan Expo 2015” sərgisinin baş direktoru Bruno Antonio Pasquino, sonra prezident İlham Əliyev mərasimdə çıxış edib.

Çıxışlardan sonra dövlətimizin başçısı və xanımı sərgidəki İtaliya milli pavilyonu ilə tanış olublar.

Prezident İlham Əliyev İtaliya milli pavilyonunun xatirə kitabına ürək sözlərini yazıb.


Xəbəri paylaş

5868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___