"Bu pullar necə itə bilər?" - Müslümov ittihamlara cavab verdi
Tarix: 05-06-2018 | Saat: 15:04
Bölmə:M / Karusel / Gündəm / Həftə-Reytinq | çapa göndər
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən azad olunduqdan sonra barəsində yazılanlara münasibət bildirib.
Xəbəraz.Az xəbər verir ki, o, unikal.org-a açıqlamasında deyib ki, bəzi KİV-lərdə haqqında mənfi fikirlər səsləndirilir və hesab edir ki, yazılanlar həqiqətə uyğun deyil:
"Mən, hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm. Allah cənab Prezidentin canını sağ eləsin. Neçə illər mənə ehtimad göstərdi. İndi məsələhət oldu ki, vəzifədən gedim. Bu, Prezidentin səlahiyyətində olan məsələdir və müzakirə olunmur. Mənə elə gəlir ki, harada olmağımızdan asılı olmayaraq əlimizdən gələni xalqımız üçün etməliyik. Biz hansı müddət ərzində vəzifədə olmuşuqsa, Prezidentin tapşırdığı vəzifələri icra etməliyik. Mən də hər zaman Prezidentin tapşırığını yerinə yetirmişəm. Çalışmışam ki, mənə göstərilən etimadı yüksək səviyyədə doğruldum”.
Sabiq nazir yeyinti ittihamlarına da cavab verib. O bildirib ki, bu barədə səsələn fikirlər də böhtan xarakterlidir:
"Fondun büdcəsi cəmi 3.4 milyar manatdır. Bunun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər? Bu pullar da Maliyyə Nazirliyindən köçürülür. Həmin vəsaitin bir qara qəpiyi də başqa yerə köçürülə bilməz. Sözügedən məsələni maliyyəçilər daha yaxşı başa düşər”.
S.Müslümov onu da nəzərə çatdırıb ki, hazırda elmi fəaliyyətlə məşğuldur: "Özüm professor, iqtisad elmlər doktoruyam. Elmdən dövlət idarəçiliyinə gəlmişdim. Artıq idarəçilikdə deyiləm və yenə də elimi işlərimlə məşğulam” – deyə sabiq nazir bildirib.
Xəbəri paylaş
1 0518 dəfə oxunub.
Digər xəbərlər

12-06-2020, 13:00
Formula-1 Azərbaycan Qran-prisi ləğv olundu
14-07-2016, 02:22
Emin Ağalarov yeni sevgilisindən danışıb: "Ürəyim başqa xanım ..."
28-02-2021, 08:10
Tanınmış kardioloqun qızı ürək tutmasından öldü
14-10-2017, 09:23
Vüsalənin qızı STUDİYAYA gəldi – Göz yaşları SEL OLDU
24-02-2021, 07:22
Məgər talış olmaq ayıb əməldir?
25-01-2021, 01:37
Ticarət obyektləri ilə bağlı qadağa ləğv edildi
7-11-2015, 14:05
0 evi soyan qadın saxlanıldı - Video
14-05-2017, 14:25
Göygöldə 70 yaşlı kişini iki qadın döyüb xəstəxanalıq etdilər
26-07-2018, 12:13
Zakir Həsənov Moskvaya gedəcək