Laçının işğalından 26 il ötür
Tarix: 18-05-2018 | Saat: 09:43
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından bu gün 26 il keçir.
1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.
İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.
İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.
Xəbəri paylaş
9758 dəfə oxunub.
Digər xəbərlər

10-07-2021, 12:17
Paytaxtda ağır qəza - ölən və yaralılar var
19-09-2015, 11:06
Azərbaycana qaçan erməniyə “dəli” adı qoydular
21-10-2017, 18:34
Azərbaycanlı "gəlin"lə yataq fotoları yayılan bəy namizədin rus sevgilisindən ŞOK AÇIQLAMA - VİDEO
8-06-2018, 09:56
Bu gün AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçilir
25-09-2019, 11:35
AAK-nın sədri Famil Mustafayevə ünvanlanan 38 sual... - İTTİHAM
24-07-2020, 18:24
Ərdoğan Aya Sofyada Quran oxudu - VİDEO
28-06-2016, 01:23
Yəməndə silsilə partlayışlar: 38 ölü
10-03-2021, 12:27
Sabiq Prokuror Ölkə başçısından atasına görə Ədalət istəyir-VİDEO
1-05-2016, 17:02
İraqda partlayış - 33 nəfər öldü