Vəkillər Kollegiyası vəkil adından qanunsuz istifadə edənlərə qarşı mübarizəyə başladı
Tarix: 14-05-2018 | Saat: 10:39
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Ölkədə bir çox fiziki və hüquqi şəxsin vəkil adından qanunsuz istifadə halları aşkarlanıb.
Son zamanlar bununla bağlı müşahidələr aparılıb, o cümlədən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə çoxsaylı şikayət daxil olub. Bildirilib ki, belə hallar vətəndaşların və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir.
Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının əməkdaşları və Vəkillərin İntizam Komissiyasının üzvləri tərəfindən ölkə üzrə müəyyən araşdırmalar aparılıb, habelə Vəkillər Kollegiyasının adına əqli mülkiyyət hüququ əsasında rəsmi qeydiyyatdan keçmiş bir sıra ifadələrdən, eləcə də vəkil adından qanunsuz istifadə hallarının aradan qaldırılması istiqamətində qanunla müəyyən olunmuş qaydada zəruri tədbirlər görülüb.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, vəkillik təsisatının nüfuzunun artırılması, vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunması məqsədilə araşdırma tədbirləri bundan sonra da davam etdiriləcək və vəkil adından qanunsuz istifadə halları ilə qətiyyətlə mübarizə aparılacaq.
Xəbəri paylaş
7648 dəfə oxunub.
Digər xəbərlər

11-09-2015, 13:45
Əli Əhmədov: “Avropa Parlamenti xəstəliyə tutulub“
30-12-2016, 11:37
Erməni təxribatının qarşısını alan şəhidimizin - Fotosu
7-01-2022, 11:24
"Qadının ayaqlarının arasında oturub poz verən kişi..." - Çimnaz Elnuru BİABIR ETDİ - FOTO
27-12-2015, 12:59
"Günəşli" faciəsində itkin düşən neftçilərdən birinin cəsədi tapıldı
10-02-2016, 17:47
Rusiyadan Türkiyə ilə 100 illik dostluq müqaviləsi ilə bağlı – AÇIQLAMA
31-05-2020, 20:19
Milli Məclisdə xüsusi iş qaydası tətbiq edildi
30-10-2015, 00:02
Bakıda şok hadisə – Körpələrin meyiti səhv düşdü – VİDEO
23-06-2021, 12:58
"Veysəloğlu"da "Heyvagülü" havası: Şirkətlər Qrupu dövlət və istehlakçı marağını "unudub" - ARAŞDIRMA
19-06-2015, 21:40
Məşhur dizayner Ledi Qaqanın Bakıdakı ifasının sirrini açdı - VİDEO
13-10-2015, 15:58
Ermənilərin Tərtərdə toy mərasimini atəşə tutması ilə bağlı BMT baş katibinə məktub ünvanlandı