Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ata və qızının ölümünə səbəb olan şəxsə hökm oxundu
Tarix: 08-05-2018 | Saat: 13:41
Bölmə:M / Karusel / Hadisə / Araşdırma | çapa göndər






Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tofiq Qədirov barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Lent.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs hökm oxunub.
 
Məhkəmənin hökmü ilə T.Qədirov 11 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə ötən il noyabrın 23-də səhər saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində baş verib. Həmin ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa və iki azyaşlı övladı müəyyən edilməyən avtomobillə vurulub.
 
Qəzanı törədən sürücü piyadalara heç bir yardım göstərmədən hadisə yerindən qaçıb. Yaralılar digər şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanada ata və azyaşlı qızı Mədinənin həyatını xilas etmək mümkün olmayıb.
 
Sabunçu Rayon Polis İdarəsininin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ 2107” markalı avtomobillə törədildiyi müəyyən edilib və Sabunçu rayonunun Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qədirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub. Onun “VAZ 2107” markalı nəqliyyat vasitəsi evinin həyətindən aşkar edilərək müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.




Xəbəri paylaş

1 1008 dəfə oxunub.

Digər xəbərlər
3-09-2019, 20:26 Roza "qocaldı" - FOTO

bütün xəbərlər
____ Instagram ___