Bu küçə və prospektlər də bağlanacaq - SƏBƏB
Tarix: 18-04-2018 | Saat: 09:20
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Formula 1 Azərbaycan Qran-Prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Xəbəraz.Az xəbər verir ki, bunu trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
Məlumata görə, məhdudiyyət yarışın hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda aprel ayının 22-dən 23-nə keçən gecədən etibarən tədbir tam başa çatana qədər davam edəcək.
Yarışının keçirilməsi ilə əlaqədar Bakı şəhər halqası kimi tanınan ərazi üzrə - Azneft, Dənizkənarı bulvar boyunca - Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilir.
Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.
Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri, eləcə də cənuba doğru gedən sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Xəbəri paylaş
7318 dəfə oxunub.
Digər xəbərlər

30-05-2016, 11:12
İraq ordusu Fəllucəyə girdi
13-08-2016, 11:17
DƏHŞƏT: 100 ölü, 700 yaralı
5-03-2018, 12:29
MSK: "Azərbaycanda peşəkar seçki təcrübəsi yaranıb"
14-03-2019, 19:15
Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır
19-03-2021, 14:42
Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
18-02-2016, 13:01
Nardaranda vəkilin villası yandırılıb
19-02-2019, 11:56
Artıq tükənmişəm, işləyə bilmirəm, - deyənlər MÜTLƏQ OXUSUN
9-07-2016, 22:16
Tərtərdə evlərə basqın edən maskalı şəxs saxlanılıb - Fotolar
7-01-2016, 18:57
Müğənni Beynəlxalq Bankdan şikayət etdi
11-05-2016, 12:53
Klimkin: “Hazıram, lakin kompromis olmayacaq”