Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mübariz Qurbanlı seçkinin nəticələrindən DANIŞDI
Tarix: 13-04-2018 | Saat: 22:10
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 11 apreldə keçirilmiş prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

 
M.Qurbanlı bu seçkilərdə Azərbaycan xalqının «İlhamla irəli!» proqramının davamlı olmasına səs verdiyini deyib:


“Aprelin 11-də Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycanın  son 15 ildə keçdiyi yolu geniş təhlil edərək bu yolda əldə olunmuş uğurları vurğuladı və hər bir sahədə ölkəmizin nialiyyətlər qazandığını, inkişaf etdiyini  qeyd etdi.  Bir məqam xüsusi qeyd olunmalıdır ki,  xalq cənab Prezidentin verdiyi vədlərin tam şəkildə yerinə yetirildiyinin şahididir.
Dövlətimizin başçısı Azərbaycan xalqına müraciətində qeyd edib: «Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq.  Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik».
Ümumiyyətlə, hər bir seçki xalqın bu və ya digər siyasətə, proqrama münasibəti deməkdir. Cənab İlham Əliyevin seçki proqramı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası  əsasında yeni dövrdə yeni keyfiyyətlə daha təkmiləşdirilərək tətbiq olunmaqdadır. Prezident İlham Əliyev beynəlxalq miqyasda dünya liderləri içərisində böyük nüfuza sahib olan şəxsdir. Azərbaycan ərazisinin və əhalisinin sayı baxımından kiçik dövlətdir. Amma bu dövlətin başçısı siyasi çəkisinə və nüfuzuna görə beynəlxalq miqyasda kifayət qədər güclü liderlər sırasındadır. Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətdir  və burada söz sahibi bizik. Yəni,  regionla bağlı baş verən hadisələrdə, qlobal layihələrlə bağlı məsələlərdə əsas söz sahibi Prezidentimiz  İlham Əliyevdir.
Ümumilikdə, ötən 15 ildə ölkəmiz tarixi və şərəfli yol keçib. Azərbaycan bütün sahələrdə ciddi nailiyyətlərə imza atıb. Bu nailiyyətləri xatırlatmağa, saymağa elə də  ehtiyac yoxdur. Çünki bütün nailiyyətlər xalqımızın gözü qarşısında, onun şahidliyi ilə baş verib. Vətəndaşlarımız qazanılan uğurları  öz həyatında hiss edir.
Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına vəsiqə vermiş oldu. Şübhəsiz ki, qarşıdakı 7 il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası daha da irəliləyəcək, inkişaf edəcək, daha da qüdrətlənərək beynəlxalq müstəvidə öz mövqeyini gücləndirəcəkdir”.  


Xəbəri paylaş

6948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___