Ərzaq məhsulları bahalaşıb - RƏSMİ
Tarix: 09-04-2018 | Saat: 18:27
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,5%, qeyri-ərzaq mallarının qiymətləri 4,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,9% bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.
Ay ərzində qoyun ətinin, zeytun və marqarin yağlarının, portağalın, naringinin, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, soğanın, kartofun, qəhvə, çay və kakaonun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və toyuq ətinin, yumurtanın, kərə və qarğıdalı yağlarının, yerkökünün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin (MDBölkələri istisna olmaqla), ölkədən kənara istirahət turlarının, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətinin qiymətlərində bahalaşma, MDB ölkələrinə hava və dəmiryol nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xəbəri paylaş
9698 dəfə oxunub.
Digər xəbərlər

19-08-2017, 11:59
Sabahın Havası
4-03-2017, 19:02
ABŞ olmadan da İŞİD-i məhv edə bilərik - Rusiya
20-04-2022, 10:49
Manaf: "Yaxşı eləmişəm”
11-07-2016, 00:28
Məşhur müğənninin əkizləri ilə FOTOsu
5-07-2016, 10:13
Qarabağda növbəti savaş daha dağıdıcı olacaq - BBQ
3-03-2016, 13:29
Makiyajsız fotosunu paylaşdı, izləyiciləri qorxdu - FOTO
15-11-2015, 23:33
"Bu dəhşətdir..." - İsmət Qayıbovun son müsahibəsi (VİDEO)
23-08-2016, 09:47
Una mənşəyi bilinməyən maddə qarışdırılır