Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
162 saylı orta məktəblə bağlı qərəzli yazılar nədən qaynaqlanır?
Tarix: 04-04-2018 | Saat: 17:57
Bölmə:M / Karusel / Təhsil | çapa göndər




Son vaxtlar Bakı şəhəri, Səbail rayonundakı Etibar Əliyev adına 162 saylı orta məktəb bəzi KİV-lərin tənqid hədəfinə çevrilib. Məktəbin fəaliyyətində, eləcə də direktor Sevinc Abbasovanın davranışlarında nöqsan axtaran bir sıra saytlar, hətta bir qədər də irəli gedərək, bu yaxınlarda məktəbin 14 yaşlı şagirdinə diırektorun yaxın adamı tərəfindən təcavüz olunması barədə xəbər yayıblar.
Lakin “Xəbəraz.az”ın araşdırmalarından sonra məlum olub ki, belə bir hadisə baş verməyib. Belə ki, nə müəllim kollektivi, nə şagirdlər, nə də hüquq-mühafizə orqanları tərəfindən belə bir faktın mövcudluğu təsdiqlənməyib.
Qərəzçilik yolu tutan bəzi media təmsilçiləri məktəbin direktoru S.Abbasovaya qarşı yersiz ittihamlar irəli sürür, onu müxtəlif adlar altında pul yığmaqda, həmçinin müəllim və şagirdlərlə kobud davranmaqda günahlandırırlar. Ancaq şablon ifadələrlə öz yazılarına bəzək-düzək vuran bu cür “qələm sahibləri” ortaya bircə konkret fakt belə qoya bilmirlər. Demək ki, bu yazılar məqsədli və qərəzli təşkil olunur.
Məktəbin direktoru Sevinc Abbasovaya qarşı irəli sürülən ittihamlardan biri də Nigar Köksal adlı valideynin 4-cü və 6-cı sinif şagirdləri olan övladlarının məktəbə götürülməməsi ilə bağlıdır. Belə ki, Köksal direktor S.Abbasovaya müraciət edərək yaşayış yerlərini dəyişib məktəbin yaxınlığına köçdüklərini və buna görə uşaqlarını həmin məktəbdə oxutmaq istədiyini bildirib. Direktor da onun istəyinə müsbət cavab verib. Ancaq sənədlər təqdim edildikdən sonra bəzi uğunsuzluqlar üzə çıxıb və buna görə də S. Abbasova həmin uşaqları məktəbə qəbul etməkdən imtina edib. Sual olunur: direktor nə etməli idi kiməsə xoş gəlmək üçün qanunsuzluğa yol verməli idi?
Bu faktın özü də bir daha sübut edir ki, 162 saylı məktəbə və onun direktoru Sevinc Aəbbasovaya qarşı qərəzçiliyə yol verilib.
Üzümüzü media təmsilçilərinə tuturuq: gəlin “ağ”a “qara” deməyək, gəlin haqqı nahaqqa qurban verməyək. Çünki bu, həm Allah qarşısında günahdır, həm də mətbuatımızın banisi Zərdabinin ruhuna, Zərdabinin irsinə xəyanətdir.
“Xəbəraz.az”




Xəbəri paylaş

1 9728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___