Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
KÜLƏKLƏ ƏLAQƏDAR BAKI MƏKTƏBLƏRİNDƏ DAVAMİYYƏT AŞAĞI DÜŞÜB - RƏSMİ
Tarix: 30-03-2018 | Saat: 12:53
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi küləkli hava şəraiti ilə bağlı paytaxt məktəblərində şagirdlərin davamiyyəti məsələsinə münasibət bildirib. 
İdarənin İctimaiyyətlə əlaqələr sekorundan cavab olaraq qeyd olunub ki, Bakı şəhərində hava şəraitinin qeyri-sabit keçməsi, güclü (təhlükəli) şimal-qərb küləyinin əsməsi ilə əlaqədar ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.
"Belə ki, hava şəraitinin qeyri-sabit keçməsi və güclü küləyin əsməsi ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən paytaxtdakı ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti 75-90 faiz arasında dəyişir. Bununla belə, paytaxtdakı ümumi təhsil müəssisələri təlim prosesini normal şəkildə davam etdirmək üçün tam hazırlıqlıdır. Təhsil Nazirliyinin 30-31 mart tarixlərində hava şəraiti ilə bağlı məlumatında qeyd olunduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyinin əsəcəyi haqqında xəbərdarlıq edib. Bununla bağlı xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərinə dərsə gedən övladlarını nəzarətdə saxlamaq və bütün şagirdlərə daha diqqətli olmaq tövsiyə edilib. Eyni zamanda, təhsil müəssisələrinin rəhbərlərinə göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri tapşırılıb" - Təhsil İdarəsindən vurğulanıb.


Xəbəri paylaş

7678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___