Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda DƏHŞƏT: 3 manata görə qadının başını kəsib, evini yandırdı - TƏFƏRRÜAT
Tarix: 09-03-2018 | Saat: 19:09
Bölmə:M / Karusel / Hadisə | çapa göndər


Gəəncədə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Gəncə şəhəri Nəriman Nərimanov prospektində Natella Katiblini amansızlıqla öldürən Elçin Mustafayevin hadisə vaxtı sərxoş olduğu və qonşusunu pula görə öldürdüyü məlum olub.
 
Elçin Mustafayev deyib ki, gecə saatlarında Natelladan 3 manat almaq üçün onun evinə gedib. Qadın pul verməkdən imtina edəndən sonra o, zorakılığa əl atıb. ARB-yə danışan saxlanılan şəxs qadının söyüş söyməsindən sonra daha da hiddətləndiyini deyib: “Bir də dedim, 3 manat ver, yenə dedi, yoxudu, söydü məni. Gördüm, vəziyyəti pis oldu, ölümcüldür, başladım boğmağa ki, qoy ölsün”.
 
Spirtli içki alüdəçisi olan Elçin Mustafayev qətli törətdikdən sonra evi yandırmaqla iz itirmək istəyib. Gəncə şəhər Prokurorluğunun böyük müstəntiqi Tural Məmmədov E.Mustafayev Natella Katiblini öldürdükdən sonra evdə axtarış aparıb, lakin hər hansı bir qiymətli əşya və pul tapmayıb. Mərhumun “Nokia” markalı mobil telefonunu götürən Elçin Mustafayev mətbəxdən tapdığı neftlə evi yandırıb, mənzili tərk edib.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
 
*****
 
8 mart
 
Fevralın 27-də saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada yaşayan Natella Katiblinin yanmış meyiti tapılıb. Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı N.Katiblinin boğaz nahiyəsində kəsiyin olması, qabırğalarının isə sınması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
 
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Katiblinin tamah məqsədi ilə boğularaq öldürülməsi, sonradan evinin yandırılması müəyyən edilib. Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qətlə yetirilən şəxsin qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Mustafayev tutulub.




Xəbəri paylaş

9218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___