Mitinqlə bağlı xəbərdarlıq edilib
Tarix: 09-03-2018 | Saat: 11:22
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın martın 10-da keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.
İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar".
Qeyd edək ki, Milli Şura martın 10-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.
Xəbəri paylaş
9418 dəfə oxunub.
Digər xəbərlər

22-01-2018, 13:23
“Global petrol prices”: Azərbaycan dizel yanacağının ən ucuz satıldığı ölkələr sırasındadır
6-01-2018, 13:17
Horadiz əməliyyatından 24 il ötür
6-05-2016, 00:45
Gəncədə Gənclər Evi istifadəyə verildi
27-04-2016, 02:13
Hələbdə döyüşlər şiddətləndi
22-05-2017, 13:32
Oqtay Əsədov: “Ermənistanın düşüncəsi xəstə təxəyyülün məhsuludur”
22-11-2017, 11:37
Məhəmməd Əmin Rəsulzadənin xanımının məzarı tapıldı – FOTOFAKT
23-01-2020, 15:27
“Banu” verilişinin aparıcısı ailə qurdu
14-06-2017, 14:30
Prezidentin cəbhə bölgəsindən son - Fotoları
18-09-2019, 13:57
Nazir Müşfiq Hətəmova yeni vəzifə verdi - FOTO
19-11-2022, 12:20
Bakıda körpünün vəziyyəti insanları qorxuya saldı - VİDEO