Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Akademik Zərifə Əliyevaya həsr edilən kitabın Stokholmda təqdimatı olub (FOTO)
Tarix: 05-07-2015 | Saat: 20:07
Bölmə:M / Karusel / Təhsil / M2 | çapa göndər

Akademik Zərifə Əliyevaya həsr edilən kitabın Stokholmda təqdimatı olub (FOTO)
İsveçin paytaxtında Ukrayna-Avropa İttifaqı Assosiasiyası çərçivəsində beynəlxalq forum keçirilib
Xeberaz.az xəbər verir ki, İsveçin paytaxtı Stokholmda Ukrayna-Avropa İttifaqı Assosiasiyası çərçivəsində beynəlxalq forum keçirilib. Avropa Komissiyasının Avropanın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzi (ECDC) ilə birgə təşkil etdiyi forum Ukraynada səhiyyənin vəziyyətinın, inkişaf potensialının, epidemioloji nəzarətin və ölkənin yoluxucu xəstəliklərə qarşı mübarizəyə hazırlığının qiymətləndirilməsi məsələlərinə həsr olunub.

Forum çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın nurlu xatirəsinə həsr edilən “İnfeksion nəzarətə dair elmi əsərlər məcmuəsi” kitabının 5-ci cildinin təqdimatı olub.

Nəşrin müəllifi həmvətənimiz, Kiyevdə fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, P.L.Şupik adına Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, Dünya Səhiyyə Təşkilatının Avropa Bürosunda Ukraynanın milli əlaqələndiricisi, professor Aydın Salmanovdur.

A.Salmanov forumda Ukraynanın elm, təhsil və təbabət sahəsində milli eksperti və bu ölkənin Dünya Səhiyyə Təşkilatının Avropa Bürosundakı milli əlaqələndiricisi qismində iştirak edib.

A.Salmanov AZƏRTAC-a müsahibəsində deyib ki, o, “İnfeksion nəzarətə dair elmi əsərlər məcmuəsi” kitabının nüsxələrini Avropa Komissiyasının nümayəndələrinə, Avropa İttifaqına üzv ölkələrin ekspertlərinə və ECDC-in kitabxanasına bağışlayıb. Avropa İttifaqı qrupunun rəhbəri, Qara dəniz regionu ölkələrinin əlaqələndiricisi Vintsan Sizeyr də bu kitabı minnətdarlıq hissi ilə qəbul edib və onun çox aktual olduğunu bildirib.

Qeyd edək ki, kitabda pasientlərin infeksion təhlükəsizliyi və onlara keyfiyyətli tibbi yardım göstərilməsi üçün optimal şəraitin təmin edilməsi yolları, habelə müalicə-diaqnostika prosedurlarının həyata keçirilməsi prosesində risklərin idarə olunması barədə əhəmiyyətli elmi-praktik informasiya toplanıb. Nəşr müxtəlif ixtisaslı həkimlər, mikrobioloqlar, əczaçılar, epidemioloqlar, habelə I-IV səviyyəli ali tibb məktəblərinin müəllim və tələbələri üçün nəzərdə tutulub.

Professor A.Salmanov 240-dan çox elmi işin, o cümlədən 15 monoqrafiyanın, üç dərsliyin və ali tibb məktəblərinin tələbələri üçün bir dərs vəsaitinin müəllifidir. O, həmçinin Ukraynanın səhiyyə sahəsi ilə bağlı üç qanunun və bu ölkədə xəstəxana daxilində infeksiyalara fəal epidemioloji nəzarət konsepsiyasının müəllifidir. Ona görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın rəhbərliyi ilə həkimlik peşəsini təkmilləşdirmək səadəti nəsib olub.

A.Salmanov akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr olunan 9 kitabın, o cümlədən “Cərrahiyyədə risklərin idarə olunması”, “İnfeksion nəzarət standartları”, “Tibbi təyinatlı məmulatın sterilizasiyası” və 5 cilddə “İnfeksion nəzarətə dair elmi əsərlər məcmuəsi” kitablarının müəllifidir.



Xəbəri paylaş

6248 dəfə oxunub.

Digər xəbərlər
11-02-2016, 15:20 Bakı sakini özünü asdı

bütün xəbərlər
____ Instagram ___