Etirazçılar hakimiyyətə iki gün vaxt veriblər
Tarix: 05-07-2015 | Saat: 18:26
Bölmə:M / Karusel / Siyasət / M2 / Fotogalereya | çapa göndər
Elektrik enerjisi tariflərinin qaldırılması haqqında qərarın ləğv edilməsi tələbilə Yerevanın mərkəzində küçəni bağlayıb oturaq tətil keçirən etirazçılar tələblərinin yerinə yetirilməsi üçün hakimiyyətə iki gün vaxt veriblər.
Xeberaz.az -ın BBC Azəri-yə istinadən məlumatına görə, bazar ertəsi axşam saat doqquzadək etiraz iştirakçılarının üç əsas tələbindən “heç olmasa biri” yerinə yetirilməsə, Marşal Bağramyan prospektində zibil qutularından yaradılan barrikadanı gündə bir eni ölçüsündə prezident iqamətgahına yaxınlaşdıracaqlar.
Barrikadalar iyunun 23-də polis tərəfindən nümayiş dağıldıqdan sonra polis hücumundan müdafiə olunmaq üçün qurulub.
Şənbə günü Marşal Bağramyan prospektində növbəti axşam mitinqində çıxış edən etiraz aksiyasının koordinasiya qrupu üzvlərindən David Sanasaryan aksiyanın həlledici mərhələyə keçdiyini elan edib.
“Biz Milli Məclis, Konstitusiya Məhkəməsi və prezident iqamətgahı yerləşən bu siyasi prospekti açmaq niyyətində deyilik. Hakimiyyət tələblərimizi yerinə yetirməsə, bazar ertəsindən “Bir addım irəli” aksiyasına başlayaraq hər axşam saat 9-da barrikadamızı irəli aparacağıq”, - Sanasaryan bəyan edib.
Etirazçıların elektrik enerjisi tariflərinin təxminən 16 faiz qaldırılması haqqında qərarın ləğv edilməsini, iyunun 23-də nümayişi dağıdarkən etiraz iştirakçıları və jurnalistlərə qarşı zorakılıq tətbiq edən və onlara əmr verənlərin cəzalandırılmasını və mövcud elektrik enerjisi tariflərinin endirilməsi məsələsinin nəzərdən keçirilməsini tələb edirlər.
Polis iki gün əvvəl zirehli və başqa xüsusi texnikanı prospektdən çıxarıb, etiraz aksiyası keçirilən ərazidə bir polis minik maşını dayanır. Axşam mitinqləri zamanı polis əməkdaşlarının sayı artır, lakin onlar aksiyanın keçirilməsinə mane olmurlar.
Ermənistan İctimai Xidmətləri Nizamlayan Komissiyasının 17 iyun tarixli qərarına əsasən, avqustun 1-dən elektrik enerjisi tariflərinin təxminən 16,7% artırılması nəzərdə tutulur.
Xəbəri paylaş
5878 dəfə oxunub.
Digər xəbərlər

24-09-2015, 13:40
İbrahim Məmmədova yeni vəzifə verildi
10-05-2018, 14:28
Qidalarımıza həşərat öldürən maddə qatılır? - İddialara RƏSMİ CAVAB
13-10-2021, 17:03
Dəhşətli qəzanı törədən sürücünün - Fotoları
18-05-2016, 15:16
Rusiyanın Suriya itkisi 1 milyarda çatır
20-07-2019, 15:00
Tovuzda bir nəfər faciəvi şəkildə öldü
26-05-2016, 19:12
Türkiyə məhkəməyə verilir – Qırıcı qalmaqalı
4-06-2019, 13:26
Rəsədxana Yeni ayın görünməsi ilə bağlı açıqlama yaydı
20-02-2018, 14:15
Novruz Bayramı ilə ilaxır çərşənbə eyni gün olacaq? - AÇIQLAMA
10-02-2016, 22:22
“Oğlu İlhaməni təkzib etdi - Yenilənib
1-05-2016, 12:18
Namiq Əsədov Bakı Marafonu 2016-nın qalibi oldu