Yozef Blatter: "Bax buna görə indi bizim Qətərdə keçirilən dünya çempionatımız var."
Tarix: 05-07-2015 | Saat: 15:38
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter Fransanın keçmiş prezidenti Nikola Sarkozini və Almaniyanın keçmiş prezidenti Kristian Vulfu FİFA-ya təzyiq etməkdə ittiham edib.
xeberaz.az -ın məlumatına görə, Blatter bunu "Welt am Sonntag" jurnalına müsahibəsində deyib. Müsahibə bu gün dərc edilib. Blatterin sözlərinə görə, keçmiş prezidentlər xüsusilə 2018 və 2022-ci illərdə dünya çempionatının harada keçirilməsinin təyin edilməsi ərəfəsində "siyasi təzyiq göstəriblər".
"Cənab Sarkozi və Vulf səsvermə zamanı öz nümayəndələrinə təzyiq görstərməyə çalışıblar. Bax buna görə indi bizim Qətərdə keçirilən dünya çempionatımız var", - deyən Blatter əlavə edib ki, alman nümayəndəliyi Vulfun məsləhəti ilə "iqtisadi maraqlara görə Qətərə səs verib". Amma bütün bu qalmaqallara baxmayaraq, FİFA prezidenti öz mövqeyində və əməllərində əmindir. O, öz fikrini belə izah edib: "Hər insan nədənsə ehtiyat edir, amma mənim FİFA-dakı işimlə bağlı qorxacaq heç nəyim yoxdur."
Yozef Blatter
Xatırladaq ki, Yozaf Blatter bu il mayın 29-da 5-ci müddətə FİFA prezidenti seçilsə də, seçkidən bir neçə gün sonra - iyunun 2-də istefa verib. Lakin o, dekabrda növbədən kənar toplantı keçrilənə qədər öz vəzifəsini icra edəcək. Həmin toplantıda FİFA-nın yeni prezidenti seçiləcək. Onu da əlavə edək ki, Yozef Blatterin istefa verməsinə səbəb rüşvət qalmaqalı olub. Hətta bununla bağlı ABŞ hakimiyyəti qurumun Sürixdə bir neçə fəal üzvünü də həbs edib. Onların əksəriyyəti ölkələrin Futbol Federasiyalarının prezidentləridir.
Üst sıra soldan sağa: Xose Maria Marin, Rafael Esquivel, Eduardo Li, Nikolas Leoz;
Alt sıra soldan sağa: Xulio Roça, Eugenio Figueredo, Cek Uorner, Cefferi Ueb
Xəbəri paylaş
5488 dəfə oxunub.
Digər xəbərlər

11-04-2018, 18:53
“Sosial şəbəkələrdə uydurma məlumatlar yayılır” - MSK sədri
4-07-2017, 11:07
İsti hava nə vaxta kimi davam edəcək? - RƏSMİ AÇIQLAMA
14-05-2016, 17:04
Rusiyada vertolyot qəzaya düşdü
16-06-2016, 16:05
Sumqayıt yolunda qeyri-adi hadisə - Video
24-11-2016, 10:49
Azərbaycanda 14 dərəcə şaxta
7-11-2017, 13:39
11 noyabra hazırlaşın: MÖCÜZƏ BAŞ VERƏCƏK
11-05-2016, 18:23
Səudiyyə: “ABŞ olmadan Suriyaya girməyəcəyik”
13-04-2017, 13:31
Avropa Məhkəməsindən Elmar Hüseynovun qətli ilə bağlı qərar
18-07-2018, 18:16
Çavuşoğlu ilə Pompeo ilə danışdı – Kritik məqam