Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
TANAP-ın maliyyələşdirilmə vaxtı məlum oldu
Tarix: 21-03-2015 | Saat: 12:27
Bölmə:M / Siyasət | çapa göndər

TANAP-ın maliyyələşdirilmə vaxtı məlum oldu
Boru kəməri layihəsinin maliyyələşdirilməsi ilə bağlı heç bir problem yoxdur.

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfdaşları Transanadolu (TANAP) qaz kəməri layihəsindəki paylarını aprelin 1-dən maliyyələşdirməyə başlayacaqlar.

Xeberaz.az -ın Trend-ə istinadən məlumatına görə, bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, TANAP konsorsiumu martın sonunadək boru kəmərinin quru sahəsinin tikintisinə başlayacaq.

Şirkət rəhbəri deyib ki, TANAP-ın 1337 kilometr uzunluğunda olan quru sahəsinin tikintisi üzrə podratçılar “Fernas Insaat A.S.”, “Sicim-Yuksel-AKKORD Adi Ortakligi” və “TEKFEN Insaat ve Tesisat A.S” şirkətləridir: “Bu üç şirkət qaz kəmərinin Əskişəhər şəhərinədək olan hissəsini tikəcəklər. Sonra biz 2015-ci ilin sonu - 2016-cı ilin əvvəlində TANAP-ın diametri 48 düym olan qalan hissəsinin tikintisi üzrə tenderə yekun vuracağıq”.

R.Abdullayev əlavə edib ki, boru kəməri layihəsinin maliyyələşdirilməsi ilə bağlı heç bir problem yoxdur.

Xatırladaq ki, martın 17-də Türkiyədə TANAP qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib.


Xəbəri paylaş

6238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___