Aparıcıdan xəstə atası haqda: "Bu gün məni çarmıxa çəkdiyiniz insan “cükküldəşdiyi” aktrisa yoldaşından.."
Tarix: 13-02-2018, 12:57 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm / Məşhurların Taleyi | çapa göndər

Kimlər bilir nələr çəkdim?! Bilmədən yarğılamaq sizə çox asandır. Qarşınızda həmişə dik durdum deyə heç qırılmadımmı sandınız? Özümü anladacaq kəlmələrim olmayınca susaram mən... içdən, bir sükutla sadəcə susaram...
Bu sözləri tanınmış aparıcı Vüsalə Kərimova xəstəxanaya yerləşdirilən atası, əməkdar artist Vaqif Kərimov haqda İnstaqram səhifəsində yazıb. Aparıcı atasına görə onu qınayanlara sərt cavab verib:
“İllərlə susdum! Amma bu dəfə məni hayqırmağa məcbur etdiniz! Ağzıgöyçəklər, sizədir sözüm! 40 il atasız böyüyəndə, ata nədir bilməyəndə, ata nəvazişi görməyəndə, ata çörəyi yeməyəndə heç demədiniz niyə belə? İndi Vaqif Kərimovun xəstələnməyi sizdə hislər oyadıb? Amma deyim biləsiniz, o hisslər məndə heç olmadı ki, bu gün də ölsün! Yadımdadır, uşaq vaxtı kimsə xətrimə dəyəndə, babam görməsin deyə evimizin arxasındakı bağçada ağacları qucaqlayıb, zülüm-zülüm ağlayırdım, ata deyib qışqırırdım... Elə bilirdim, gəlsə, heç dərdim olmayacaq. Halbuki babam məni əl üstə saxlayıb. Çünki mən ana babamın evində dünyaya gəlmişəm. Amma içimdə bu yaşıma qədər bir boşluq var, heç vaxt dolmayacaq. Siz ata çiyni nədir bilirsiniz? Amma mən bilmirəm, çünki ora heç vaxt başımı qoymadım!
Mən “ata” deyib göz yaşı tökəndə sizin bu gün məni çarmıxa çəkdiyiniz insan “cükküldəşdiyi” aktrisa yoldaşından dünyaya gələn, məndən doqquz ay kiçik qızına və arvadının birinci ərindən olan uşaqlarına atalıq edirdi!
Mən günahkar idim ki, onun vasitəsilə dünyaya gəlmişəm? Nə haqqınız var məni günahlandırmağa? Nə haqqınız var adını adıma bağlamağa? Mənim oğlum 17 yaşına gəldi, amma Vaqif Kərimovun onun babası olduğunu bilmədi. Sayənizdə artıq biləcək! Oğlum mənə deyəndə ki, ana şəxsiyyət vəsiqəndə atanın adı səhv yazılıb, başını qatdım, cavabdan qaçdım. Çünki deyə bilmədim ki, atam məni atdı, atam məni istəmədi, istənilmədən dünyaya gəldim... Bunu deməyə özümü hazır bilmədim heç vaxt, oğluma travma verə bilmədim... Amma siz nə etdiniz? Xəbərləriniz reytinq versin deyə, başqasının həyatını manşet etdiniz! Məni günahlandırdınız! Edin! Artıq nə istəsəniz, edin! Halbuki Allah bilir nə çəkdiyimi! Allah ürəyimdən su içirtsin məni qınayanlara! Allah yaşadığımı yaşatsın məni günahlandıranlara!
Allah gözündə kədər qoysun bir ömür boyu məni qınayanların... O zaman məni anlayarsınız... İndi siz cavab verin, atam gəlib atasızlığımı atasız günlərimdən qova bilərmi?
P.S. Bu mövzu ilə bağlı heç kim məni rahatsız etməsin!”
Qeyd edək ki, İrəvan Dövlət Dram Teatrının aktyoru Vaqif Kərimovun Vüsalənin atası olması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.
833 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər

14-09-2016, 18:59
Azərbaycanda yeni Sənaye Parkı yaradılır - PUL AYRILDI
16-02-2016, 12:42
“Mən hamiləyəm...” - Bülent Ersoy
13-06-2016, 20:49
ANAMA cəbhədə əməliyyatı davam etdirir
8-04-2016, 14:52
Nazirlik qəzalarla bağlı REYDLƏRƏ BAŞLADI
23-09-2016, 19:01
Rejissor Obamanın şalvarını çıxarmaq istədi – Video
21-04-2016, 13:49
Qənirə Paşayeva AŞPA-da Avropanın qaçqın siyasətini tənqid edib
2-04-2017, 16:01
Yeni ailə quran müəllimə məktub yazıb özünü öldürdü
7-05-2016, 18:30
Avroviziya təmsilçimiz final geyimi seçir
27-04-2016, 18:39
Bərdədən Bakıya çirklənmiş ət gətirildi - Foto
13-02-2017, 23:03
Xatirə Cennifer Lopezin libasından geyindi – fotolar
30-11-2015, 21:10
Anar: "Yuvayıxan! Ədəbsiz fotolarının dərdini çəksin" - YENİLƏNİB
15-06-2015, 16:57
Putin və Əliyev Qarabağı müzakirə etdilər.
29-08-2017, 10:50
24 kq arıqlayan Nəsibin yeni görüntüsü təəccübləndirdi - FOTO