Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident cənab İlham Əliyevə Kəlbəcər gənclərinin MÜRACİƏTİ
Tarix: 02-02-2018 | Saat: 23:33
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər



Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə Kəlbəcər gənclərinin

M Ü R A C İ Ə T İ

Möhtərəm cənab Prezident!

Biz - kəlbəcərli gənclər Ümumilli liderimiz Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Azərbaycanın bugünkü inkişafının memarı, ölkəmizin bütün sahələrdə əldə etdiyi və qələbələrinin səbəbkarı kimi Sizə müraciət edərək Azərbaycanın inkişafı və xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyiniz taleyüklü işlərdə, qarşıya qoyduğunuz böyük hədəflərə nail olmaq yolunda göstərdiyinizi əzmkar fəaliyyətdə Sizi dəstəkləyir və daima yanınızda olduğumuzu bildiririk.

Zati-Aliləri!

Hamımızın doğma vətəni olan Azərbaycan Sizin rəhbərliyiniz sayəsində sürətlə inkişaf edir. İqtisadiyyatımızın dinamik inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması naminə gördüyünüz əməli fəaliyyətiniz hər bir gənc üçün qürur mənbəyidir. Ümumilli Liderimiz Heydər Əliyevin gərgin əməyi sayəsində qurulmuş müstəqil Azərbaycan Respublikası bu gün Sizin sayənizdə daha da inkişaf edir, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunduğu hüquqi və demokratik dövlət nümunəsinə çevrilir.

Xalqımızın Ümumilli lideri Heydər Əliyev gənclərin ölkəmizin ictimai, siyasi və mədəni həyatında mövqe tutmasına əvəzsiz işlər görmüşdür. Məhz Ulu öndərin qərarı ilə ölkəmizdə gənclər siyasəti formalaşmışdır. Bu istiqamətdə verilən mühüm qərarlar nəticəsində Gənclər və İdman Nazirliyi yaradılmış, müxtəlif gənclər təşkilatları formalaşmış, gənclərlə bağlı müxtəlif proqramlar qəbul edilmişdir.

Əsasını Ümummilli liderimiz qoyan gənclər siyasəti bu gün Sizin tərəfinizdən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2007-ci ilin “Gənclər ili” elan olunması “2007–2015–ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, gənclərlə bağlı dövlət strategiyasnın qəbul olunması Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir.

Biz məcburi köçkün gənclər də sizin daima diqqət və qayğınızı hiss edir, bununla üzərimizə düşən məsuliyyətin böyüklüyünü daha dərindən dərk edirik. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi transmilli layihələrin reallaşması, gənclərimizin xaricdə təhsil almaq üçün göndərilməsi, qeyri-neft sektorunun inkişafına verdiyiniz diqqət Azərbaycanın gələcəyi olan biz gənclər üçün indidən qoyduğunuz dəyərli sərmayədir.

Ali Baş Komandan!

Biz gənclər Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Sizin qətiyyətiniz və zəkanızın gücü ilə həll ediləcəyinə, dövlətimizin ərazi bütövlüyünün bərpa olunacağına, qaçqın və köçkünlərin öz doğma yurdlarına qayıdacağına inanırıq. Bu yolda daima Sizin əsgəriniz olan biz gənclər əminik ki, Aprel döyüşlərində Ali Baş Komandan kimi qazandığınız qələbəni ən yaxın zamanda bütün Qarabağda, doğma yurdumuz olan Kəlbəcərdə də qazanacaqsınız.

Möhtərəm cənab Prezident!

Siz öz çıxışlarınızda bildirirsiniz ki, müstəqilliyimizin möhkəmlənməsi və inkişafı naminə gərək hərə öz payını versin, səy göstərsin, nəyə qadirdisə, onu etsin. Biz gənclər də bundan nəticə çıxararaq ölkəmizdə sabitliyin qorunmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində, torpaqlarımızın azad olunmasında Sizinlə həmrəy olmağı özümüzün müqəddəs vəzifəsi elan edərək Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, bu siyasətə qarşı çıxanlara öz sərt mövqeyimizi bildiririrk..

Hörmətli cənab Prezident!

Gənclər adından bildiririk ki, bu il ölkəmizdə keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcək, Sizi yenidən özümüzə Prezident seçəcəyik. Çünki Sizin siyasətiniz Azərbaycanın, onun gələcəyi olan biz gəncliyin tərəqqisinə xidmət edir.

Müraciət Kəlbəcər rayon gənclərinin
2 Fevral Gənclər günü ilə bağlı toplantısında qəbul edilmişdir.


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___