Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millət vəkili Cavid Qurbanov "Vətənə xidmət" mükafatı ilə təltif edildi-Fotolar
Tarix: 02-02-2018 | Saat: 20:40
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər


Xəbəraz.Az xəbər verir ki,2 fevral – Gənclər Günündə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov Kəlbəcərli gəncləri ilə görüşüb.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biri olan Kəlbəcər rayonunundan və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin Gənclərlə iş departamentinin hazırladığı gənclərin fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.
Ölkənin ictimai-siyasi həyatında gənclərin rolundan danışan millət vəkili Cavid Qurbanov bildirib ki, bu gün Azərbaycanda həyat keçirilən gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Gənclər Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi yer tutur. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Ondan bir il sonra, 1997-ci il fevralın 1-də isə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” sərəncam imzaladı. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda Gənclər Gününün təsis olunması dövlətimizin gənc nəslə diqqət və qayğısının bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vaxtaşırı müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərlə görüşür, gənclərə etimad göstərib onları mühüm dövlət postlarına təyin edir.Cavid Qurbanov gənclərə bu günkü müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmiizn ictimai-siyasi həyatında fəal iştirak etməyə çağırdı.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Birliyin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, bu təşkilatın əsas məqsədi milli mədəniyyətimizi, adət-ənənələrimizi, aşıq sənəti, folklor və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları qoruyub yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırılmasına yardımçı olmaq, eləcə də Aşıq Şəmşir yaradıcılığının öyrənilməsi, onun irsinin qorunması istiqamətində layihələr həyata keçirməkdən ibarətdir.
Birlik Ulu öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı da silsilə tədbirlər keçirir. Yarandığı gündən etibarən İctimai Birlik 700-ə yaxın müxtəlif səpkili layihələr, yerli və beynəlxalq əhəmiyyətli konfranslar, xeyiriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları təşkil edib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bir sıra layihələr reallaşdırıb. İctimai Birliyin beynəlxalq fəaliyyəti də çox uğurla davam və inkişaf etdirilir.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi torpaq ağrısının yaratdığı bir təşkilatdır. Ən böyük sevgi Allah sevgisi, Vətən sevgisidir. İctimai Birliyin əsas hədəflərindən biri də bu gün düşmənin soyuq baxışları altında olan Kəlbəcər rayonunun tarixi, mədəniyyəti haqqında araşdırmalar aparmaq, Azərbaycan ozan sənətinin azman nümayəndəsi Dədə Şəmşir yaradıcılğını təbliğ edərək yaşatmaq və gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
Mədəniyyət Ocağının üzvləri ölkəmizin tanınmış ziyalılarıdır və onların ətrafında yüzlərlə gənçi birləşdirir. İctimai Birliyin bir missiyası da yurd-yuvasından didərgin düşmüş istedadlı gənclərə yardım etməkdən ibarətdir. Bu gəncləri öz ətrafında toplayan Birliyin əsas məqsədlərindən biri də gənc nəsilin vətənpərvər ruhda böyüdülməsidir.
Mədəniyyət Ocağı ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin inkişafı və çiçəklənməsi naminə həyata keçirdikləri işləri təbliğ etmək üçün Kəlbəcər gənclərinin Prezidentə dəstək qrupunu yaradıb. Yeni yaradılmış bu qrup bu gün sosial şəbəkənin ən aktiv qruplarındandır. Sosial şəbəkələrdə onların paylaşımları yüz minlərlə insanı əhatə edir.
Kəlbəcərli gənclər hər zaman dövlət və dövlətçiliyə sədaqətli olublar. Ölkəmizdə keçirilən seçkilərdə yüksək aktivlik göstəriblər. Möhtərəm Prezidentimizin ətrafında sıx birləşiblər və ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyən xəyanətkar müxalifətə qarşı hər zaman öz kəskin mövqelərini bildirirlər.
Gənclərdən Prezident təqaüdçüsü Tibb Unveristetinin tələbəsi Ülkər Həmidova, Diplomatiya Akademiyasının (ADA) tələbəsi Rəşad Təhməzli, İqtisadi inkişaf Nazirliyinin əməkdaşı Allahverdi Paşayev, XİN-nin əməkdaşı Səbuhi Kərimov, Konsertatoriyanın tələbəsi gənc xanəndə Səfər idirisov, Gənç alim filologiya elimləri üzrə fəlsəfə doktoru Aytac Abbasova, Neft və sənaye unveristetinin tələbəsi Ülkər isirafilova, I qrup Qarabağ əlili vətənpərvər şair Elşad İbrahimov cıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ölkə başçıısna minətdarlıqlarını bildirdilər.
Millət vəkili Cavid Qurbanova Gənclər mərkəzi ictimai birliyinin təsis etdiyi Gənclərin dostu və “Aşıq Şəmşir” mədəniyyət ocağı ictimai birliyinin təsisi “Vətənə xidmət” diplomları təqdim edildi.
Millət vəkili Cavid Qurbnaov təhsildə və ictimai siyasi həyatda fərqlənən gənclərə diplomlar təqdim etdi.
Görüşdə iştirak edən gənclər Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin alternativsiz siyasi kursuna daim sadiq olacaqlarını bildiriblər.
Gənclər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.



Xəbəri paylaş

1 0958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___