Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elman Rüstəmovun qızı dəfilədə - FOTOlar
Tarix: 25-01-2018 | Saat: 12:07
Bölmə:M / Karusel / Maraqlı / Foto-fakt | çapa göndər

Azərbaycanlı məmurun qızının Parisdə dəfiləsi olub -  fotolar
Bu günlərdə Fransanın paytaxtı Paris şəhərində “Fashion week” keçirilir.
Moda həftəsində dünyanın ən məşhur modelyerlərinin əl işləri nümayiş olunur. 

“Dior”, “Guo Pei”, “Jean Paul Gaultier”, “Elie Saab” kimi dünyanın ən məşhur brendlərinin yer aldığı gecədə azərbaycanlı modelyer, Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı Günelin “Gyunel” markasının da moda nümayişi baş tutub. Gecədə “Gyunel”in yeni kolleksiyası təqdim olunub.  Modelyerin yaz və yay moda kolleksiyası qonaqlar tərəfindən maraqla qarşılanıb.
Parisin ən məşhur otellərindən olan “Ritz Otel”də keçirilən dəfilədən görüntülər sosial şəbəkədə paylaşılıb. Gecədə “Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova da iştirak edib.
Təqdim olunan əl işləri Andersonun hekayəsi əsasında yaradılıb. Dəfiləni izləyənlər arasında məşhur modelyerlər, modellər də yer alıblar.
Qeyd edək ki, G.Rüstəmovanın bundan əvvəl də bir neçə dəfə Parisdə moda həftəsində dəfiləsi keçirilib. Onun “Gyunel Couture”  adlanan Moda Evi Londonda yerləşir.
 


 
 
 
 
 
 
 
 
 
 


Xəbəri paylaş

1 3398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___