Şəhid əsgər dəfn olundu - FOTO
Tarix: 20-01-2018 | Saat: 12:46
Bölmə:M / Karusel / Foto-fakt | çapa göndər
Neftçalalı şəhid doğulduğu Bankə qəsəbəsində torpağa tapşırılıb.
Xəbəraz.Az report-a istinadən xəbər verir ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb.
Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər şəhidin döyüş yolundan danışaraq, onun mərd, vətəni sevən biri olduğunu bildiriblər. Qeyd edilib ki, ötən ilin iyulunda həqiqi hərbi xidmətə çağrılan, Milli Aviasiya Akademiyasının məzunu İbrahim Mənəfov hər kəsə nümunə sayılacaq hərbçi olub.
Sonra şəhid Bankə qəsəbəsində Seyidlər qəbiristanlığında yaylım atəşi ilə torpağa tapşırılıb.
Xəbəri paylaş
7918 dəfə oxunub.
Digər xəbərlər

2-02-2016, 23:35
“Coca-Cola Azərbaycan”ın rəhbəri vəfat etdi - FOTO
14-05-2020, 20:09
Ağcabədidə iki bacı zorlanıb? - RƏSMİ AÇIQLAMA
18-04-2017, 16:17
“Google Play”dən istifadə edənlərə xəbərdarlıq
14-03-2017, 14:07
Beyin üçün ən faydalı ədviyyatı tanıyın
29-10-2021, 16:12
Azərbaycanda 11 yaşlı qız zorlandı: Hamilə qaldı
7-01-2017, 20:57
Kinkan dəmləməsi: təbii müalicəvi vasitə
12-07-2016, 01:03
Məktəbdə əxlaqsızlıq: 15 yaşlı qıza ayaqyolunda təcavüz
20-07-2015, 17:23
Suruçla eyni vaxtda Kobani də partladı
28-03-2021, 08:52
Ərdoğan Türkiyə millisini belə təbrik etdi - Video
13-09-2020, 17:46
Qarabağa peşəkar muzdlular köçürülür–Video