Temperatur 5 dərəcə enəcək, güclü külək əsəcək, qar yağacaq
Tarix: 19-01-2018 | Saat: 13:39
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xəbəraz.Az-a verilən məlumata görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 20-də ayrı-ayrı yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Xəbəri paylaş
1 3718 dəfə oxunub.
Digər xəbərlər

12-10-2016, 18:31
Prezidentdən Referendum Aktıyla bağlı - Sərəncam
12-09-2023, 16:39
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan valideynlərə ÇAĞIRIŞ
11-09-2017, 10:59
Abşeronda dəhşət: sevgilisini və onun atasını öldürdü
15-12-2017, 10:07
Heç kəs bunu gözləmirdi: məşhur cütlük sevgilidir
18-07-2018, 12:38
Quba yolunda sərnişin dolu avtobus qəzaya uğradı: ölən və yaralananlar var - YENİLƏNİB
22-02-2017, 14:30
Millət vəkili müsəlman dünyasına səsləndi: "Azərbaycana daha çox dəstək verməlisiniz"
30-12-2015, 13:04
“Səs Azərbaycan”da seçilmədi - Türkiyədə isə...+Video
25-01-2020, 19:20
Elazığdakı azərbaycanlı tələbələr Naxçıvana yola salındı
11-10-2017, 11:29
11 oktyabr-"Beynəlxalq Qızlar Günü"dür