Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
20 Yanvar Şəhidləri yad edildi
Tarix: 18-01-2018 | Saat: 12:46
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər



Xəbəraz.Az xəbər verir ki,“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayon 21 saylı orta məktəbin şagirdləri Şəhidlər xiyabanını ziyarət ediblər. 
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin sədr müavini Həbib Misirov xalqın azadlıq mübarizəsindən, 28 il əvvəl Bakıda törədilən qanlı hadisənin səbəblərindən, faciənin ağır nəticələrindən danışıb. Bildirdi ki, müstəqillik uğrunda mübarizə aparan azadlıq mücahidlərimiz şəhidlik zirvəsinə ucalaraq bütün dünyaya sübut etdilər ki, xalqımız öz vətənini canından artıq sevir. Qanlı Yanvar hadisələri xalqımızın qəhrəmanlıq tarixinin ən şanlı səhifəsi olaraq XX əsrin ən dəhşətli qırğınlarından biri kimi tarixə düşüb. Bu hadisəyə siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərin xatırladıb. 
21 saylı kəlbəcər rayon orta Məktəbin direktoru Xəqani Nadirov bildirib ki, 20 Yanvar xalqın faciəsi olmaqla yanaşı həm də hər bir azərbaycanlının qürur mənbəyidir.
Sonra məktəblilər şəhdilərə həsr olunmuş şerlər səsləndirdilər və məzarları üzərinə gül dəstələri düzdülər.



Xəbəri paylaş

1 3238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___