Qəbul imtahanları bu tarixdə keçiriləcək
Tarix: 17-01-2018 | Saat: 16:22
Bölmə:M / Karusel / Təhsil | çapa göndər
2018-ci ildə keçiriləcək buraxılış, qəbul və sınaq imtahanların tarixləri açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının 1, 15, 29 aprel tarixlərində və iyun ayında (1 dəfə) keçirilməsi nəzərdə tutulur.
Ali təhsil müəssisələrinə, ümumi və tam orta (9 illik və 11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 25-də, rezidenturaya qəbulun birinci mərhələsi isə aprelin 1-də keçiriləcək.
19, 27 yanvar tarixlərində rezidenturaya qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı (baza fənləri üzrə), fevralın 4-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı (I mərhələ üzrə) keçiriləcək.
Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən (həmçinin eksternat qaydasında buraxılış imtahanı verən) əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsi 8 aprel tarixində keçiriləcək.
Peşə liseylərinin şagirdləri (11-ci sinif) üçün buraxılış imtahanı martın 18-də keçiriləcək.
Xəbəri paylaş
1 5568 dəfə oxunub.
Digər xəbərlər

3-10-2019, 10:36
Azərbaycanda keçmiş məhkum polisi bıçaqladı - SƏBƏBİ İSƏ...
27-10-2019, 12:32
Azərbaycanda 70 yaşlı gəlin, 80 yaşlı oğul, 105 yaşlı ana - VİDEO
25-11-2016, 22:27
Prezident İlham Əliyev: "Qısa müddətdə həm ölkə iqtisadiyyatı, həm iş adamları xeyir götürəcəklər"
6-12-2021, 10:44
“Altın kelebek”ə Azərbaycandan o layiq görüldü
14-07-2022, 00:20
"KOROĞLU MMC "oğlumun iş zamanı yolda ölümünə görə heçnə ödəmədi!
10-06-2015, 15:06
85 yaşlı kişi əkiz atası oldu (FOTO)
27-02-2017, 12:47
Astarada boğazında həb qalan uşaq boğularaq ölüb
21-11-2019, 16:20
Prezidentdən Zakir Fərəcovla bağlı SƏRƏNCAM
18-01-2016, 17:40
Azərbaycanda 6 nəfər dəm qazından boğuldu