Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhid Aydın Abdullayevin həyatından bəhs edən kitab-"Gözlə,Gələcəyəm "
Tarix: 16-01-2018 | Saat: 17:03
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər



Xəbəraz.Az xəbər verir ki,bu gün Beynəlxalq Mətbuat Mərkəzində şəhid gizir Aydın Abdullayevin həyatından bəhs edən "Gözlə,Gələcəyəm " adlı kitabın təqdimat mərasimi keçirilib.Tədbirdə bir çox tanınmış ictimai xadimlər,millət vəkili Əflatun Amaşov,İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov,şair publisist Zülfüqar Şahsevənli, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov və şəhidin ailə üzvləri və yaxınları iştirak edib.
Məlumat üçün qeyd edək ki,Gözlə,Gələcəyəm kitabının giriş hissəsində Xatirə Kitabı Redaksiyasının baş redaktoru və layihənin rəhbəri Nəzakət xanım Məmmədova rəhbərlik etdiyi kollektivin "Şəhidlər ölməz,Vətən bölünməz nidalı kitabların çapına start verdiyini bildirib və qeyd edib ki,torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igi qız və oğullarımızın haqqında qələmə alınacaq vəsaitləri hər bir məktəblinin stolüstü kitabına çevirmək niyyətindədir.
Kitabın müəllifi jurnalist İradə Sarıyevadır.Ön sözü şair publisist Zülfüqar Şahsevənli qələmə alıb.Kitabda şəhidin uşaqlığı,gəncliyi,vətən,torpaq və yurd anlayışlarına spesifik münasibətləri kitabın əsas mövzusunu təşkil edir.Kitab şəhid Aydın Abdullayevə həsr olunan şeir parçaları və şəhidin həyat yolunu əks etdirən foto-blok ilə tamamlanır. 




Xəbəri paylaş

1 1418 dəfə oxunub.

Digər xəbərlər
26-09-2019, 14:34 Jak Şirak vəfat etdi

bütün xəbərlər
____ Instagram ___