İtkin alpinistlərin axtarışı nəticə vermir
Tarix: 14-01-2018 | Saat: 19:22
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Dekabrın 23-də Quba rayonu ərazisində itkin düşmüş "Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları hələ də davam edir.
Xəbəraz.Az xəbər veri ki,bu barədə modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Rəsmi məlumata görə, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələri iştirak edir.
Alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılır, həmçinin, onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilir.
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.
Xəbəri paylaş
8688 dəfə oxunub.
Digər xəbərlər

12-07-2016, 15:23
Bakcelldən yenilik: Yol hərəkəti qaydalarını pozanlar SMS alacaqlar
22-11-2019, 05:58
"Barış pınarı"na dəstək olan futbolçu ilə bağlı ŞOK QƏRAR
25-11-2020, 13:53
Kəlbəcər əhalisinin sayı açıqlandı
20-06-2018, 17:48
Lerikdə tükürpədən olay - Məmur qohumu 7-ci sinif şagirdini zorlayıb?
18-02-2017, 19:55
"Ailəmlə birlikdə Bakıda yaşamaq istəyirəm" - Rafet El Roman
21-04-2016, 12:49
Britaniya kraliçasının 90 yaşı tamam olur
13-06-2018, 13:30
Bu müəllimlər işdən çıxarılacaqlar
20-05-2015, 15:18
Abutalıbov: Ağlama, qurban olum... - VİDEO