Hərbi xidmətə çağırış başladı
Tarix: 01-01-2018 | Saat: 13:40
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, bu gündən - yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.
Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq.
Sərəncama əsasən, 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983-1999-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Həmin sənədə uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları yanvarı 1-dən 30-dək ehtiyata buraxılırlar.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 1-də Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Xəbəri paylaş
7228 dəfə oxunub.
Digər xəbərlər

20-12-2016, 10:51
Keçmiş arvadının 35 yaşlı sevgilisini qətlə yetirdi - Tərtərdə
24-10-2015, 23:31
Yararsız avtomobilləri oğurlayan şəxs yaxalanıb
7-12-2019, 17:21
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
20-12-2016, 19:02
Ərdoğan: "Karlov istiqanlı insan idi"
1-01-2018, 14:30
2018-də hansı bürcləri nə gözləyir? - Eşq, pul, xəstəlik...
21-12-2017, 12:57
Fədayə Laçın yenidən məhkəmə qarşısında
15-10-2015, 00:32
İlqarə anasının müdafiəsinə qalxdı - "Sən heç kimsən"
27-09-2023, 12:58
Sabah Bakıda 27° isti olacaq
25-01-2019, 08:25
İsveçdə Azərbaycan dili dərsləri başladı
28-01-2016, 03:18
“Bu şaxtada alça ağacı gül açdı