Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kəlbəcər folklorundan bəhs edən tədqiqat işinin müzakirəsi keçirilmişdir.
Tarix: 29-12-2017 | Saat: 12:45
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər


Xəbəraz.Az xəbər verir ki,28 dekabr 2017-ci il tarixində “Aşıq Şəmşir” Mədəniyyət ocağında şöbəmizin əməkdaşı, böyük elmi işçi, fil.ü.f.d. Aytac Abbasovanın Kəlbəcər folklorundan bəhs edən tədqiqat işinin müzakirəsi keçirilmişdir. Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, şair Adil Cəmil və “Folklor və yazılı ədəbiyyat” şöbəsinin elmi işçiləri iştirak edirdi.
“Aşıq Şəmşir” Mədəniyyət ocağının sədr müavini Həbib Misirov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladı. O, Aytac Abbasovaya Kəlbəcər folkloru ilə bağlı apardığı araşdırmaya və yazdığı elmi işə görə təşəkkürünü bildirdi. Bu elmi işin Azərbaycan folklorunun toplanması, tərtibi və gələcək nəsillərə ötürülməsi baxımından çox əhəmiyyətli olduğunu vurğuladı.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil çıxışında bildirdi ki, Aytac Abbasovanın Kəlbəcər folkoru ilə bağlı dissertasiya işinin necə ərsəyə gələdiyini yaxından izləmiş və onun zəhmətini yüksək qiymətləndirir.
“Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru, şair İslam Sadıq da çıxışında Kəlbəcərin zəngin folklor mühitinə malik olduğunu, A.Abbasovanın bu zəngin nümunələri həm toplayıb, həm də tədqiqata cəlb etməsi işinin müvəffəqiyyətlə öhtəsindən gəldiyini söylədi. Tədqiqatın elmi yeniliyini xüsusi qeyd etdi.
Daha sonra “Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru X.Ağayeva və böyük elmi işçi G.Osmanova, elmi işçi S.Qasımova, elmi işçi Ş.Məmmədova A.Abbasovanı təbrik etdilər və onun elmi fəaliyyətində uğurlar arzu etdilər.
Tədbirdə Aytac Abbasovanın atası Hicran Abbasov da iştirak edirdi və o da çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Övladını təbrik edərək onun uğurlarına sevindiyini, onunla fəxr etdiyini söylədi.
Tədbirin sonunda Aytac Abbasova Kəlbəcər folklorunun araşdırılmasında xüsusi əməyinə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının Fəxri diplomu ilə təltif edildi. Sonra söz Aytac Abbasovaya verildi və o, tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz minnətdarlığını bildirdi. A. Abbasova elmi rəhbəri Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyevə onu elmə həvəsləndirdiyinə və hər zaman ona dəstək olduğuna görə xüsusi təşəkkür etdi.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi və tədbir bədii hissə ilə davam etdirildi.



Xəbəri paylaş

9518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___