Prezident sərəncam verdi
Tarix: 28-12-2017 | Saat: 13:10
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrindəsu təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikasında regionların ahəngdar inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illər ölkədə uğurla həyata keçirilən dövlət proqramlarının icrası nəticəsində paytaxtda və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almışdır.
Həmin tədbirlərin davamı olaraq, Bakı şəhəri Sabunçu rayonunun Sabunçu qəsəbəsində diametrləri 110-160 mm, uzunluğu 6,5 km olan paylayıcı su şəbəkəsinin, Maştağa qəsəbəsində diametrləri 110-225 mm, uzunluğu 9,2 km olan paylayıcı su şəbəkəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 5,4 km olan paylayıcı su şəbəkəsinin, Bülbülə qəsəbəsində diametrləri 110-160 mm, uzunluğu 6,0 olan km paylayıcı su şəbəkəsinin, Qaraçuxur qəsəbəsində diametri 530 mm, uzunluğu 0,8 km olan su kəmərinin və diametrləri 110-280 mm, uzunluğu 1,8 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa, Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə qərara alıram:
1. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 3,73 milyon (üç milyon yeddi yüz otuz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Xəbəri paylaş
1 3178 dəfə oxunub.
Digər xəbərlər

24-09-2019, 09:00
Nurmaqomedovun Dağıstandakı evinin görüntüləri yayıldı - FOTO
14-09-2016, 18:59
Azərbaycanda yeni Sənaye Parkı yaradılır - PUL AYRILDI
12-07-2021, 02:31
Bakıda avtomobil piyadanı vuraraq öldürdü - FOTO
15-06-2017, 14:51
Könül Xasiyevanın son vəziyyəti ilə bağlı YENİ XƏBƏR - FOTO
31-08-2021, 09:52
Yük avtomobili aşdı, “20 Yanvar” dairəsi bağlandı - FOTOlar
3-07-2019, 09:51
Bakıda sərxoş sürücü DYP maşınına və avtobusa çırpılıb aşdı
8-11-2021, 21:49
ZƏFƏR GÜNÜ BAYRAĞIMIZI UCALDAN İDMANÇIMIZ
30-09-2020, 17:04
İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərlə görüşdü
1-07-2016, 16:33
Külək prezidentin qızını pis vəziyyətdə qoydu - FOTOLAR
26-08-2015, 19:29
Aparıcı və operatoru öldürüldü- Canlı yayımda+Video