Pensiyalar BU QAYDA ilə yenidən hesablanacaq
Tarix: 23-12-2017 | Saat: 12:15
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması qaydası açıqlanıb.
Bu hallar Əmək və Əhalinin Sosiall Müdafiəsi Nazirliyi Kollegiyasının təsdiq etdiyi və artıq qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nda əksini tapıb.
Qaydaya əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir.
Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.
Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
Qaydaya əsasən, əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.(trend)
Xəbəri paylaş
9098 dəfə oxunub.
Digər xəbərlər

27-05-2015, 12:27
Aytən Səfərova efirə çıxmır - açıqlama
28-07-2023, 11:28
Ağstafada bədbəxt hadisə: Evində çardaq düzəldən kişinin ayağı qopdu
21-06-2016, 13:31
Salyanda ölən körpələr ekspertizadan keçiriləcək
7-07-2016, 02:44
Yemiş yeyin, çünki...
2-06-2015, 15:58
Nadir Qafarzadənin çörəyindən görün nə çıxdı - VİDEO
15-05-2015, 15:00
“Xırdalan dairəsi”ndə nəqliyyatın hərəkəti bərpa edilib.YENi GÖRÜNÜŞ
12-11-2016, 17:17
Bakıda bu şirkət xanımları yarıçılpaq çəkir- Gizli kamera
2-04-2017, 18:26
İntihar edən müəllimə budur - Foto
4-10-2019, 16:28
Heydər Əliyev Mütəllibovu həbsdən necə azad edib? - Video