Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda ən uzun gecə bu tarixdə olacaq - Şamaxı Rəsədxanasından AÇIQLAMA
Tarix: 15-12-2017 | Saat: 15:39
Bölmə:M / Karusel / Gündəm / Maraqlı | çapa göndər



Artıq qış fəslinin girməsinə az müddət qalıb. Adətən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fəsillərin ölkəyə daxil olma tarixini müəyyənləşdirir.
Maraqlıdır, bu, necə hesablanır? Həmçinin, 2017-ci  ilin sonuncu fəsli-qış ölkəmizə nə zaman daxil olacaq?
Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov açıqlama verib:

“Bir var təqvimi fəsillər, bir də var astronomik fəsillər. Astronomik fəsillər necə hesablanır?  Yerin öz fırlanma oxu var. Günəşə görə onun meyli ən böyük olanda buna “Qış Günəş duruşu” deyirlər.  “Qış Günəş duruşu”nda Yer planetinin fırlanma oxu Günəşə nəzərən maksimum qiymət alır: 23 dərəcə 26 dəqiqə. Yayda  da eyni hadisə baş verir və ona da “Yay Günəş duruşu” deyirlər. Qış fəsli Yer kürəsinin şimal yarımkürəsi üçün dekabrın 21-i və ya 22-nə düşə bilir”.


Ayın 21-i və ya 22-si... Niyə bu tarixlər fərqli ola bilir?


X.Mikayılov bundan da söz açıb:
““Qış Günəş duruşu” ilə yaz bərabərliyi nöqtəsinə qədər olan müddət qış fəsli hesab olunur. Bu müddət ola bilər ki, tam 3 ay olmasın, bundan artıq və ya əskik də ola bilər. Yer kürəsi Günəş ətrafında 365 sutka ərzində 5 saat, bəzi hallarda 5 saat 40 dəqiqə, 50 dəqiqə, hətta 56 dəqiqə müddətində dövr edir. Ona görə də bu vaxt stabil qalmır və dəyişir. Bir dəfə qış fəslinin daxil olması dekabrın 21-i səhər vaxtlarına, bir dəfə axşam və ya dekabrın 22-si tarixinə düşə bilər. Bir il tam 365 və ya 366 gün deyil axı. Orada  5 saat və eyni zamanda dəqiqə fərqi də yaranır. Yerin Günəş ətrafında fırlanmasında  müəyyən təhriflər var”.


“Fəsillərin nə zaman daxil olacağını bir günə müəyyən edirik”


Müsahibimiz qeyd edib ki, Rəsədxana növbəti ildə fəsillərin nə zaman daxil olacağını sentyabr-oktyabr aylarında hesablamağa başlayır:
“Bəzən jurnalistlər tələsdirəndə tez hesablamağa çalışırıq. Hesbalama uzun çəkən proses deyil. Bir günə, hətta bir neçə saata fəsillərin nə zaman daxil olacağını müəyyən edə bilirik”.

Direktor müavini bildirib ki,  bu il Azərbaycana qış fəsli dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27:54-də daxil olacaq:

“Həmin vaxt ən uzun gecə müşahidə olunacaq. Bu halda gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə olacaq. Həmin an cənub yarımkürəsində isə ən uzun yay gecəsi olacaq.
2018-ci ildə isə yazın gəlişi martın 20-si saat 20:15:30-a, yay fəsli iyunun 21-i saat 14:07:18-ə, payız fəsli sentyabrın 23-də saat 05:54:06-a, qış fəsli dekabrın 22-də saat 02:22:42-yə təsadüf edəcək”.(modern.az)


Xəbəri paylaş

9348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___