Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
UNESCO QHT Forumunda Ermənistanın provokativ addımları pislənildi
Tarix: 13-12-2017 | Saat: 17:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



Xəbər verdiyimiz kimi, 4-9 dekabr 2017-ci il tarixlərində Koreya Respublikasının Jeju adasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyası baş tutub. Sessiyada UNESCO-ya üzv dövlətləri təmsil edən nümayəndələrlə yanaşı, UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.
"Xəbəraz.az" xəbər verir ki, Sessiya çərçivəsində keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə QHT Forumunda Azərbaycanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov təmsil edib.
Xatırladaq, bu dəfəki sessiyada Azərabycanın təqdim etdiyi iki nominasiya faylı; “Mədəni kimliyin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” və (İranla birgə) “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, Ermənistan tərəfinin etirazlarına baxmayaraq, UNESCO-nun Qiymətləndirici Orqanının müsbət rəyini alaraq Komitə tərəfindən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Həmişəki kimi, Ermənistan nümayəndələri nominasiya fayllarının müzakirəsində Komitənin işini siyasiləşdirməklə Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın ruhuna və prosedur qaydalarına zidd hərəkət etmişdir. UNESCO üzrə Ermənistan Milli Komissiyasının katibi Vaqram Kajoyan, Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” nominasiyasında ölkəmizin Qarabağ bölgəsinə istinadlara etiraz edərək Qarabağ icmasının qeyri-maddi mədəni irsinin mövcudluğunu inkar edib. Kajoyanın “məntiqinə” görə, Qarabağ bölgəsi Azərbaycanın nəzarətində deyilsə, Qarabağ icmasının qeyri-maddi mədəni irsi mövcud ola bilməz. Kajoyan, əslində bu çıxışıyla həm Qarabağın Ermənistan tərəfindən işğal edildiyini, həm də Azərbaycanın Qarabağ icmasına aid qeyri-maddi mədəni irsin hədəf seçildiyini etiraf edib. Kajoyan, eyni zamanda savadsızlığını ortaya qoyaraq qeyri-maddi mədəni irsin daşıyıcılarının məkandan asılı olmadan mədəni irsi qoruyub saxlaya biləcəyini yox sayıb.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə QHT Forumunda Ermənistan nümayəndəsinin, Komitə üzvlüyündən sui-istifadə edərək Azərbaycanın təqdim etdiyi bütün nominasiya fayllarına provokativ şəkildə yersiz müdaxiləsinə və siyasi şərhlərinə etiraz etmiş, Forumun yekun bəyanatında Konvensiyanın ruhuna xələl gətirən bu cür əməllərin kəskin pislənilməsini tələb etmişdir. İctimai Birliyin nümayəndəsi, QHT-lərin sülhə, dialoqa və mədəni irsin qorunmasına sadiq olduqlarını ifadə etmək üçün UNESCO sessiyasında iştirak etdiklərini bildirmiş, sessiyada nifrət çıxışları edilməsinin təəssüf doğurduğunu və bunun yolverilməz olduğunu qeyd etmişdir.
Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə QHT Forumunun yekun bəyanatında Qiymətləndirici Orqan tərəfindən verilən qərarlara sistematik şəkildə Komitə üzvləri tərəfindən yersiz müdaxilələr edilməsinin Konvensiyanın nüfuzuna xələl gətirdiyi və Qiymətləndirici Orqanın mövqeyini zəiflətdiyi qeyd olunmuş, UNESCO Konvensiyasının missiyasının ölkələr arasında rəqabət yaratmaq olmadığı vurğulanmışdır. http://www.ichngoforum.org/ich-ngo-forum-statement-12-com/
Sessiya çərçivəsində QHT-lərin fəaliyyətiylə bağlı təqdimat materialları Jeju Beynəlxalq Konfrans Mərkəzində nümayiş edilib. İctimai Birliyin nümayəndəsi Fazil Qasımov qonaqlara Azərbaycan musiqi sənəti və folklor nümunələri ilə bağlı audio-vizual materialları və Aşıq Şəmşirin portretini hədiyyə edib.
Qeyd edək ki, 2016-cı il iyunun 1-də UNESCO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi status verilib.



Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___